13:37 Bazar Ertəsi, 23 Aprel 2018
SOSİAL

Sumqayıtda 1-ci sinif şagirdinin üzərinə qaynar su töküldü

11:15, 16.04.20182521
Sumqayıtda 1-ci sinif şagirdinin üzərinə qaynar su töküldü
Sumqayıtda üzərinə qaynar su tökülən 1-ci sinif şagirdi yanıq xəsarəti alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi "Gecə qondu" məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Rüstəmov Əli Fikrət oğlu ehtiyatsızlıq nəticəsində qaynar sudan ağır yanıq xəsarətləri alıb.

Azyaşlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır olmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

0
XƏBƏR LENTİ