00:04 çərşənbə, 20 Iyun 2018
KRİMİNAL

Sumqayıtda 5 ədəd top mərmisi tapıldı - FOTO

20:18, 15.02.2018817
Sumqayıtda 5 ədəd top mərmisi tapıldı - FOTO

Sumqayıtda "Beton zavod" adlanan ərazidə top mərmiləri aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Sumqayıt şəhəri, "Beton zavod" adlanan ərazidə 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə fərdi yaşayış evinin qarşısına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 5 ədəd top mərmisi (boş) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.





XƏBƏR LENTİ