Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsi ilə bağlı yekun rəyi açıqlanıb, həkimlər cəzalandırılıb

22 Avqust 2017, 20:05
AAA
Sumqayıtda 5 yaşlı qızın quduzluq xəstəliyindən ölümü ilə bağlı Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, quduzluq xəstəliyi hadisəsi yaradılan müvafiq komissiya tərəfindən araşdırılıb və qərarlar qəbul edilib:
 
"Sumqayıtda baş vermiş quduzluq xəstəliyindən ölüm hadisəsinin araşdırılması nəticəsində əldə olunan məlumata əsasən, xəstə, 2012-ci il təvəllüdlü Mikayılzadə Zeynəb Elçin qızı xəstəxananın zədə məntəqəsinə 31 iyul saat 16:30-da valideynləri tərəfindən gətirilib. Daxil olarkən şikayətləri baş və üz nahiyəsindəki qanaxma və ağrıdan olub. Valideynlərinin deməsinə görə, uşağı təxminən yarım saat əvvəl naməlum iş dişləyib. Uşağa zədə məntəqəsində anterabin vaksin və tetanus əleyhinə anataksin vurulub, uşaq travmatoloji şöbəsinə qəbul edilib. Daxil olarkən diaqnoz başın, üzün dişlənmiş yaraları olub, ilkin yardım göstərilib. Müvafiq müalicə olunub, yaralar işlənilib, ağrıkəsicilər, simptomatik vasitələr vurulub, zəruri vaksinasiya aparılıb, laborator analizlər götürülüb. Sonrakı 4 gündə uşağın vəziyyətinin yaxşılaşması müşahidə olunub. 1-2 avqust tarixlərində uşağa şöbə müdiri ilə birgə baxış keçirilib və təyinat verilib. 3 avqust tarixində uşağa ikinci dəfə anterabin zərdab vurulub. 4 avqust tarixində uşağın vəziyyətinin kafi olduğu qeyd edilib, yaralarında qranulyasiya getməsi göstərilib. Valideynlərinin təkidi ilə uşaq evə yazılıb. Poliklinikanın travmatoloqu, pediatrının müalicəsi tövsiyə edilib. Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən zərdabın vurulması üçün Bakı Klinik Tibbi Mərkəzə göndəriş verilib və orada vaksinasiya edilib. 14 avqust tarixində valideynlər uşağın narahatlığı və bədən hərarətinin bir neçə gün ərzində yüksəlməsi ilə əlaqədar Sumqayıt uşaq travmatoloji şöbəsinə müraciət ediblər. Həkim infeksionistlə birgə konsultasiya aparılıb. Bakı şəhər 1 nömrəli yoluxucu xəstəxanasının baş həkimi ilə razılaşmaya əsasən, uşaq oraya hospitalizasiya olunub. Uşaq 17 avqust tarixində həmin xəstəxanada quduzluq xəstəliyindən dünyasını dəyişib".
 
Qeyd olunub kİ, bu hadisə ilə əlaqədar Sumqayıt şəhər Tibbi Şurasında geniş müzakirə aparılıb. 18 avqust tarixində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavinləri və şəhərin digər təşkilatlarının iştirakı ilə bu hadisənin geniş müzakirəsi keçirilib və şəhərdəki sahibsiz itlərin zərərsizləşdirilməsi barədə qərar qəbul edilib.
 
Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarına əsasən, xəstə uşağın valideynlərinin şifahi xahişi əsasında vaxtından əvvəl xəstəxanadan evə yazılmasına və bu barədə ərazi 1 nömrəli Uşaq Poliklinikasına xəstə uşaq üzərində nəzarət olunması üçün bildiriş verilmədiyinə görə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiya şöbəsinin həkim ordinatoru Mahal Məmmədova sonuncu xəbərdarlıqla şiddətli töhmət, şöbə müdiri Məharət Xasayevə isə töhmət verilib.
 
Bundan əlavə qərar alınıb ki, kütləvi informasiya vasitələrində quduzluq xəstəliyi barədə əhalinin maarifləndirilməsi üçün həkimlərin çıxışları təşkil edilsin, şəhərdə sahibsiz itlərin çoxluq təşkil etməsi və onların əhali üçün təhlükə törətməsi ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti və şəhərin digər müvafiq təşkilatları qarşısında məsələ qaldırılsın.

Oxunma sayı : 274

SON XƏBƏRLƏR
“Şeyxin oğlu 2 rükət namazı güclə qılır” - Hacı Qalib - 20 Sentyabr 2017, 13:09
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - 20 Sentyabr 2017, 13:02
Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" - 20 Sentyabr 2017, 12:41
12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var - 20 Sentyabr 2017, 12:33
Ərdoğandan Qarabağ xəbərdarlığı: «Qlobal münaqişəyə çevrilə bilər» - 20 Sentyabr 2017, 12:25
"Gazelli Group"dan yanğınla bağlı AÇIQLAMA - 20 Sentyabr 2017, 12:25
5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı - TƏFƏRRÜAT - 20 Sentyabr 2017, 12:24
Hava şəraitində dəyişiklik gözlənilmir - 20 Sentyabr 2017, 12:23
"Bu maşınları, villaları hardan aldınız?" - Əli Mirəliyevdən müğənnilərə - 20 Sentyabr 2017, 12:11
Türkiyə prezidenti: "Kürdlər Türkiyənin dostudur" - 20 Sentyabr 2017, 12:06
Meksikada oyunlar zəlzələyə görə təxirə salınıb - 20 Sentyabr 2017, 12:03
Yolu keçən qadını maşın vuraraq öldürüb - 20 Sentyabr 2017, 12:00
Ağdamın icra başçısı dələduzluq işinə görə dindiriləcək - 20 Sentyabr 2017, 11:55
Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA - 20 Sentyabr 2017, 11:51
NIKOIL | Bank yeni kredit aksiyasına start verdi - 20 Sentyabr 2017, 11:40
Nicat Məna toyda Rəşad Dağlı ilə aralarında baş verən davadan danışdı (VİDEO) - 20 Sentyabr 2017, 11:33
Milli Şuranın növbəti mitinq fiaskosu – Müxalifətçilər mitinqdən üz döndərdilər - 20 Sentyabr 2017, 11:19
Azərbaycanda kanalda qadın cəsədi aşkarlanıb - 20 Sentyabr 2017, 11:04
Azərbaycan prezidenti bu gün BMT Baş Assambleyasında çıxış edəcək - 20 Sentyabr 2017, 10:36
Dövlətə 15 milyardlıq xəyanət - Cahangir Hacıyevin talanı və yalanı... - 20 Sentyabr 2017, 10:32
Azərbaycanda ana övladını 20 il tövlədə zəncirdə saxladı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (video) - 20 Sentyabr 2017, 10:24
Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb - 20 Sentyabr 2017, 10:22
Qüdrət Qurbanov oğluna “Buta Palace”da yüzminlik toy çaldırdı - TOYDAN VİDEO - 20 Sentyabr 2017, 10:08
Elmar Məmmədyarov: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir” - 20 Sentyabr 2017, 10:02
Cəbhədə gərgin gecə - 20 Sentyabr 2017, 09:34
Ebru Gündeş Bakıda toya gəldi - Video - 20 Sentyabr 2017, 09:22
Sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb - 20 Sentyabr 2017, 09:13
Qida sektorunda üç şirkət birləşib - 20 Sentyabr 2017, 09:07
"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb” - 19 Sentyabr 2017, 22:47
ABŞ-dan Bakı və İrəvana yeni Qarabağ mesajları - 19 Sentyabr 2017, 22:19
"Natavanın reklama ehtiyacı yoxdur" - Dado xanımı haqda - 19 Sentyabr 2017, 21:45
Masallıda toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri - Video - 19 Sentyabr 2017, 21:29
Qadına 353 min manat pul "atan" bələdiyyə sədrinə yeni cinayət işi açıldı - 19 Sentyabr 2017, 21:19
Zaur verilişində Ağadadaş Ağayevi özündən çıxartdı: Bizi bura niyə çağırmısan? - FOTO - 19 Sentyabr 2017, 20:55
Vahid Mustafayevdən sükutu pozdu — "ANS yenidən fəaliyyət göstərəcək" - 19 Sentyabr 2017, 20:22
Sabah Bakı və Abşeronun bir hissəsində qaz olmayacaq - 19 Sentyabr 2017, 20:02
Avqust ayında Azərbaycandan 969 əcnəbi çıxarılıb - 19 Sentyabr 2017, 19:35
Azərbaycanın neft sənayesi işçilərinə fəxri adlar verilib- SİYAHI - 19 Sentyabr 2017, 19:03
Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub - 19 Sentyabr 2017, 18:46
DİN: Tutulan futbolçunun sərbəst buraxılması barədə yayılan məlumatlar yalandır - 19 Sentyabr 2017, 17:50
Qənirə Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb - 19 Sentyabr 2017, 17:43
Azərbaycanda 200 manatlıq əskinas buraxıla bilər - 19 Sentyabr 2017, 17:39
“Dedilər, bit probleminin həlli üçün icra başçısına ərizə yaz” - Deputat - 19 Sentyabr 2017, 17:20
""Gazelli" zavodunda baş vermiş yanğın söndürülür" - FHN-dən rəsmi açıqlama - 19 Sentyabr 2017, 17:13
Sabahın məzənnəsi - 19 Sentyabr 2017, 17:11
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10