22:41 Cümə, 17 Avqust 2018
SOSİAL

Sumqayıtda 7 nömrəli marşrut zəncirvari qəza törədib, yaralılar var

21:45, 10.08.20185117
Sumqayıtda 7 nömrəli marşrut zəncirvari qəza törədib, yaralılar var

Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib.

AZXEBER.COM report.az-a istinadən bildirir ki, hadisə 2-ci məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşrut, idarəetməni itirərək, KİA və Hundai markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Məlumata görə, hər üç yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ