02:22 çərşənbə Axşamı, 20 Noyabr 2018
SOSİAL

Sumqayıtda dəhşət: Atasının ölümünə dözməyən məktəbli qız özünü öldürdü

17:58, 05.11.20183980
Sumqayıtda dəhşət: Atasının ölümünə dözməyən məktəbli qız özünü öldürdü
Sumqayıt şəhərində məktəbli qız intihar edib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fatimə Yusif qızı İsmayılzadə özünü yaşadığı evdə kəndirlə asıb.

Ailəsinin verdiyi məlumata görə, 16 yaşlı Fatimə 1 il bundan əvvəl dünyasını dəyişən atasının ölümündən sonra sarsıntı keçirib. İl mərasimində atasının qəbrini ziyarət etdikdən sonra evə qayıdan F.İsmayılzadə intihar edib.

Yaxınları bildirib ki, məktəbli bir müddət öncə də intihara cəhd etmişdi. Lakin ailəsinin köməkliyi ilə ölümdən xilas edilmişdi.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ