11:28 Bazar Ertəsi, 09 Dekabr 2019
SOSİAL

Sumqayıtda quşbaz beşmərtəbəli binanın damından yıxılaraq ölüb

23:12, 08.11.201924714
Sumqayıtda quşbaz beşmərtəbəli binanın damından yıxılaraq ölüb
Sumqayıtda ölüm hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Melikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Melikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ