11:50 Cümə, 22 Mart 2019
SOSİAL

Sumqayıtda toya gedən qardaşlar qəzada öldülər

20:22, 15.03.20194467
Sumqayıtda toya gedən qardaşlar qəzada öldülər
Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası olub.

AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

İki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

Qəza nəticəsində 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza nəticəsində daha üç nəfər - Nəbiyev Cəbi Müdürxan oğlu, Zəkiyev Mikayıl Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobillə toya gedirmiş.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ