BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Sumqayıtlıların seçimi bəlli oldu – Elnur Abbaszadə -Fotolar

Sumqayıtlıların seçimi bəlli oldu – Elnur Abbaszadə -Fotolar
Seçki2020
16:54 27.01.2020
2850
Azərbaycanda fevralın 9-da baş tutacaq parlament seçkiləri öncəsi təşviqat kampaniyası çərçivəsində ölkə üzrə ən möhtəşəm görüş baş tutub.

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə yanvar ayının 26-da Sumqayıt Olimpiya idman kompleksində keçirilən görüşündə minlərlə seçici iştirak edib.

Tədbirdə Sumqayıtını tanınmış ictimaiyyət nümayəndələri, el ağsaqqaları o cümlədən Elnur Abbaszadənin vəkilləri iştirak ediblər.

Görüşdə Elnur Abbaszadənin vəkilləri Şəfiyev Duman, Məmməd Novruzov, Dostuxanım Zulfuqarova çıxış ediblər və Elnur Abbaszadə haqqında seçicilərə geniş məlumat veriblər. Seçkidə iştirak üçün çağırışlar ediblər.

Tanınmış hüquqşunas Elnur Abbaszadə çıxış edərək bildirib ki, mən seçkilərə ölkə başçısımız cənab İlham Əliyevin çağırışına əsaslanaraq qatılmışam yenilənən Sumqayıt üçün əlimdən gələni əsirgəməyəcəm.

"Mən Sumqayıtda doğulub yaşayıram, burada mənim ailəm doğmalarım, əzizlərim, dostlarım yasayır. Mən sizlərdən biriyəm. Sizin qayğılarınız mənim qayğılarımla eynidir. Mən sizlərin hər birinizi tanıyıram. Sizin vəkiliniz olmaq mənim üçün şərəfdir. Sizin vəkiliniz olaraq biz 5 ildən bir yox, 5 il birlikdə olacağıq. Sizin xoş sözləriniz məni daha da ruhlandırır. Ölkə başçısının apardığı islahatlara əsaslanaraq "İslahatlar zamanıdır səs ver” şuarı ilə təbliğat keçiririk.

Elnur Abbaszadə çıxışında qeyd edib ki, mənim qəbul günüm qəbul saatım olmayacaq mən Sizlərin yanında olacam hər zaman. Sumqayıtda olan catışmamazlıqları birlikdə həll edəcəyik.

Görüşdə el ağsaqqalı Əli Qarayev çıxış edərək bildirib ki, Elnur Abbaszadənin seçki platforması Sumqayıtın inkişafına və seçicilərin problemlərinin həllinə yönəlib.

Heydər məscidinin imamı Rüfət Qarayev xalqı haqq-ədalətə tərəfdar olmağa, müqəddəs səs hüquqlarını qorumağa, millətin layiqli övladı Elnur Abbaszadəyə dəstək olmağa səsləyib.

Tanınmış hüquqşunas Bəhruz Bayramov qeyd edib ki, seçicilərin hər zaman əlçatan olan, parlamentdə sözünü deyə bilən, məhz Elnur Abbaszadə kimi bir deputata ehtiyacı var. O təcrübəli hüquqşunas olaraq öz bilik və bacarıqları ilə xalqa xidmət edəcək. Sumqayıtlıların hüquqlarını qoruyacaq.

Ceyranbatan məsçidinin imamı Ziyad müəllim  isə vətəndaşlara üz tutaraq onları haqlarını müdafiə edən, problemlərinin həllinə dəstək ola biləcək namizədə səs verməyə dəvət edib.

Seçicilər də söz alaraq Elnur Abbaszadənin gənc olmağına baxmayaraq fəliyyəti dövründə hər zaman öz bilik bacarıqlarını xalqa xidmət etmək Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlarda çatdırılması və ölkənin ictimai siyasi həyatında fəal olmasını əsaslanaraq bu günə qədər gördüyü işləri yüksək qiymətləndirib, ona səs verəcəklərini açıqlayıblar.

Qeyd edək ki, görüşlə bağlı videoreportaj da yayımlanacaq.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:21 30.03.2020

Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu

16:11 30.03.2020

Azərbaycanda 25 yaşlı oğlan anasını niyə öldürdü? - Təfərrüat

16:02 30.03.2020

Məşhur mahnının müəllifi koronavirusdan öldü

15:56 30.03.2020

“PakDad”- “BalBadəm” - #EVDƏQAL - VİDEO

15:42 30.03.2020

Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi

15:24 30.03.2020

Ermənistan ordusunda koronavirusa yoluxanların sayı artır

15:12 30.03.2020

Bakıda Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər

14:57 30.03.2020

Səhiyyə Nazirliyi spirtdən istifadə ilə bağlı əhaliyə müraciət etdi

14:51 30.03.2020

Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib

14:35 30.03.2020

Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq

14:28 30.03.2020

Şəmkirdə könüllülərdən nəcib aksiya -1000 ədəd maska düzəltdilər

14:21 30.03.2020

Bu qadın metroya minib, koronavirusu yaymağa çalışdı - VİDEO

13:59 30.03.2020

Bakıda ət mağazalarında antisanitariya: Karantin qaydaları pozulur - VİDEO

13:44 30.03.2020

Şəhərə giriş-çıxış qaydalarını pozan daha beş nəfər məsuliyyətə cəlb edildi - RƏSMİ

13:30 30.03.2020

Deputata nəvəsinə bu adı qoymağa icazə verməyiblər

13:08 30.03.2020

Martın son günü üçün hava proqnozu açıqlandı