19:29 Cümə Axşamı, 21 Fevral 2019
SOSİAL

Sürücülərə müraciət edildi: Kəskin hava şəraiti ilə bağlı

16:06, 16.01.20193390
Sürücülərə müraciət edildi: Kəskin hava şəraiti ilə bağlı
"Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir".

AZXEBER.COM xəbər verir ki, bunu report-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hava şəraitindən aslı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir: "Hava şəraitindən aslı olaraq yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır".

V.Əsədov piyadalara da müraciət edərək qeyd edib ki, onlar xüsusi olaraq piyadalar üçün ayrılan zolaqla hərəkət etməlidirlər: "Piyadalar bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər".

DYP sözcüsü onu da bildirib ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: "Enişli, yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürüləcək. Yol birləşmələrində hərəkəti nizamlamaq üçün əməkdaşlarımız nizamlayıcı qismində olacaq. Ona görə sürücülər nizamlayıcının hərəkətlərinə diqqət yetirməlidirlər".
XƏBƏR LENTİ