Sürücünü döydüyünə görə həbs olunan general oğlu: "O mənim valideynlərimi söymüşdü"

17 İyul 2017, 14:37
AAA

 

"Sürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

Rüstəm Orucov saxlanılan zaman ona dövlət hesabına vəkil təyin edilib. Həmin vəkil də 11 saylı hüquq məsləhətxanasının əməkdaşı Pəhləvan Aslanovdur.

Vəkil bildirib ki, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində sanksiya seçilib: "Rüstəm Orucov məhkəmədə avtobus sürücüsünü döydüyünü etiraf etdi. Bildirdi ki, sürücü onun valideynlərini təhqir edib. Rüstəm ona xəbərdarlıq edib ki, valideynlərini söyməsin. Onun ifadəsinə görə, sürücü bu xəbərdarlığa məhəl qoymayıb və hadisə məhz bundan sonra baş verib. Məhkəmə Rüstəm barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib”.

Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: "Mən dövlət tərəfindən təyin edilmişəm. Hazırda istintaq hərəkətləri aparılır. Hələlik mənimlə müqavilə bağlanmayıb. O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar”.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında bildirib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Onu da bildirək ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.


Oxunma sayı : 8445

SON XƏBƏRLƏR
“Şəhid” sözünə “miz” artırmaqla o şəhid bizim olmur - 24 Oktyabr 2017, 13:26
Müəllimlərin pensiyaya çıxmaq yaş həddi ləğv olunur - Qanuna dəyişiklik - 24 Oktyabr 2017, 13:09
"Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar, amma..." - 24 Oktyabr 2017, 13:02
Azərbaycanda bu sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var - Nazir açıqladı - 24 Oktyabr 2017, 13:00
Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO - 24 Oktyabr 2017, 12:42
Havanın temperaturu yüksələcək - 24 Oktyabr 2017, 12:40
Hacı Cavad məscidi nə vaxt istifadəyə veriləcək? - 24 Oktyabr 2017, 12:35
Qaraşovun oğlunun maşını piyadanı keçiddə belə vurdu - VİDEO - 24 Oktyabr 2017, 12:20
Qalmaqallı “Matilda” filmi Park Cinemanın Lazer zalında nümayiş olundu - 24 Oktyabr 2017, 12:13
Bakının bu ərazilərində su olmayacaq - 24 Oktyabr 2017, 11:58
Avtoritetlər xüsusi təyinatlı vaqondan belə qaçdı - Şok planın detalları - 24 Oktyabr 2017, 11:40
Hacıqabul sakinlərini qorxu içində saxlayan maskalı şəxslər tutuldu – FOTO - 24 Oktyabr 2017, 11:32
"Maşın şou"nun qalibi bəlli oldu - ÖZƏL - 24 Oktyabr 2017, 11:18
Məhbusların qaçmasına görə istintaqa cəlb edilən rəis generalın qohumudur - 24 Oktyabr 2017, 11:09
Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi - 24 Oktyabr 2017, 11:00
Azərbaycanda daha bir bank çökdü - FOTO - 24 Oktyabr 2017, 10:57
"Təzəpir"in yanında 360 yerlik avtomobil dayanacağı tikiləcək - 24 Oktyabr 2017, 10:43
Şəmkirdə polislər qəzaya düşdü: ölən və yaralılar var - 24 Oktyabr 2017, 10:30
Yevlaxda 2 uşaq atası özünü yandırdı - 24 Oktyabr 2017, 10:27
Ağstafada dəhşət — 3 uşaq atası özünü asdı - 24 Oktyabr 2017, 10:11
Toydan 3 gün sonra özünü asmaq istəmişdi... - 24 Oktyabr 2017, 10:01
Məhbusların qaçmasına görə tutulan vəzifəli şəxslərin ADLARI - 24 Oktyabr 2017, 09:44
Zemfira Topçubaşova vəfat edib - 24 Oktyabr 2017, 09:39
Ermənistanda Rusiyanın iki hərbçisi ölüb - VİDEO - 24 Oktyabr 2017, 09:31
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 103 dəfə - 24 Oktyabr 2017, 09:27
Bığlı və saqqallı "Mona Liza" rekord qiymətə satıldı - 24 Oktyabr 2017, 09:18
Bakıda avtobus özbaşınalığı - Video - 24 Oktyabr 2017, 09:10
Türkiyənin yuxarı dairələrində istefalar başladı - 23 Oktyabr 2017, 22:58
Bu qol ÇL-də həftənin ən yaxşısı seçildi - Video - 23 Oktyabr 2017, 22:11
“Çudo Peçka” cinayətilə bağlı — YENİ XƏBƏR - 23 Oktyabr 2017, 21:38
Tramp “Supermən” kostyumunda - Foto - 23 Oktyabr 2017, 21:10
Avropada fahişəliyin qanuni və qeyri-qanuni xəritəsi üzə çıxdı — SİYAHI - 23 Oktyabr 2017, 20:42
Vüsalə “Maşın”dan getdi - 23 Oktyabr 2017, 20:05
Dünyanın ən gombul uşağını siz də tanıyın - fotolar - 23 Oktyabr 2017, 19:54
Hicab geyimlərindən ibarət kolleksiya təqdim ediləcək - Azərbaycanda ilk - 23 Oktyabr 2017, 18:02
Növbəti günlərdə güclü geomaqnit həyəcanlanması gözlənilir – XƏBƏRDARLIQ - 23 Oktyabr 2017, 17:57
"Maşın"da ən çox səs bu duelin iştirakçılarına gəlib - AÇIQLAMA - 23 Oktyabr 2017, 17:57
“Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovub - 23 Oktyabr 2017, 17:38
Vüsalə: “Əxlaqsız, ikiüzlü və yaltaq...” - 23 Oktyabr 2017, 17:36
Dolların sabaha olan məzənnəsi açıqlandı - 23 Oktyabr 2017, 17:22
Fikrət Qocanın nəvəsi dindirildi - 23 Oktyabr 2017, 17:12
Azərbaycanlı kişi ginekoloqdan rekord qıran - VİDEO - 23 Oktyabr 2017, 16:56
Kriminal avtoritetlər qaçıb, yoxsa qaçırılıb ?- İddialara rəsmi cavab - 23 Oktyabr 2017, 16:51
"Orda burda demə ki, qızıma nəsə edirsən, sənə ehtiyacımız yoxdur" - Ayan qızının atasına səsləndi - VİDEO - 23 Oktyabr 2017, 16:51
"Talıba səs göndərən konkret pullu adamlar var" - İlkin Misgərli - 23 Oktyabr 2017, 16:44
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10