22:06 Cümə Axşamı, 21 Iyun 2018
Maqazin

"Tahir Əkbər nə qədər müğənniyə əl tutub, ancaq bu gün heç biri xəstəxanaya gəlmir" - Həyat yoldaşı

12:50, 03.11.20173636
"Tahir Əkbərin vəziyyəti ağırdır, o hazırda reanimasiyadadır" 
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında bəstəkar Tahir Əkbərin həyat yoldaşı Aybəniz xanım deyib.
 
O qeyd edib ki, maddi cəhətdən əziyyət çəkirlər və ailə olaraq bəstəkarın xərclərini qarşılamaq üçün əlac tapmırlar: "Ailəmizin vəziyyəti çox ağırdır. Maddi cəhətdən çox böyük çətinliklər çəkirik. Hələ bilmirəm ki, xəstəxananın pulunu necə verəcəyik. Ailəmizlə bir yerdə kirayədə yaşayırıq, övladım ödənişli əsaslarla təhsil alır. Bizə maddi dəstək lazımdır. Sizin vasitənizlə ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevadan yardım istəyirəm".
 
Bəstəkarın xanımı həmçinin qeyd edib ki, xəstəxanaya cəmi 2-3 nəfər gəlib: "Yalnız millət vəkili Qənirə Paşayeva və əməkdar artist Aybəniz Haşımova gəlib. Onlar gəlib, mənəvi dəstəklərini göstərdilər. Ancaq Tahir müəllim onlarla müğənniyə əl tutub, onlara dəstək olub. Bu gün heç biri onun yanına gəlmir. 
 
Xatırladaq ki, insult keçirən Tahir Əkbər hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
XƏBƏR LENTİ