01:23 Bazar Ertəsi, 28 May 2018
SOSİAL

Tağı Əhmədov nəvəsinə pulsuz toy edəcək

16:38, 21.04.20179991
Tağı Əhmədov nəvəsinə pulsuz toy edəcək
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.

Məlumata görə, T. Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.

Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də "Neolit” restoranında baş tutacaq.
///Yeniçağ.az
XƏBƏR LENTİ