21:37 Bazar Günü, 17 Dekabr 2017
TOP4

Tale Heydərov "Beşiktaş"ı Bakıya gətirir: Prezident təsdiqlədi

15:13, 19.06.2017556
Tale Heydərov
Türkiyənin "Beşiktaş" klubu Azərbaycana gələcək.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Fikrət Orman deyib.
 
O deyib ki, ötən il Azərbaycana getmək istəsələr də, alınmayıb. Bu il təlim-məşq toplanışı çərçivəsində 10-12 ölkəyə getməli planlaşdırırlar. Bu ölkələr arasında Azərbaycan da var. Prezident deyib ki, "Beşiktaş" İslam dünyasında çox sevilən klubdur: "Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda "Beşiktaş” azarkeşi var. Keçən il ora gedə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib. Çin isə bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yerləşdiyi Uzaq Şərqdə milyarda yaxın müsəlman var. Biz "Real”, "Barselona” və ya "Mançester Yunayted” deyilik. Heyətində Messi, Ronaldo, İbrahimoviç olan komandalardan azarkeş qoparmaq asan iş deyil. Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var".
 
"Futbolinfo”nun əldə etdiyi özəl məlumata görə, "qara qartallar”ın Bakıya səfəri başqa bir klubumuzun dəvəti hesabına reallaşacaq. Türkiyə klubu "Qəbələ” rəhbərliyi ilə Bakıda yoxlama matçı keçirməklə bağlı razılığa gəlib. Hazırda tərəflər matçın vaxtını dəqiqləşdirirlər.
 
Qeyd edək ki, "Qəbələ" klubunun prezidenti Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.
 

0
XƏBƏR LENTİ