12:04 Bazar Günü, 15 Sentyabr 2019
TOP4

Tale Heydərov istefasından danışdı - “Vaxtı çatmışdı…”

10:53, 11.04.20195756
Tale Heydərov istefasından danışdı - “Vaxtı çatmışdı…”
Tale Heydərov "Qəbələ"dən istefası ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xəbər verir ki, o, klubun daha da irəli gedəcəyinə inandığını deyib:

"Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar.”

Klubun son illərdəki ən böyük uğurlarından biri "Qəbələ" Futbol Akademiyasının açılışı olub. 2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır".

Klubun vitse-prezidenti Fariz Nəcəfov isə Tale Heydərovun "Qəbələ" üçün böyük işlər gördüyünü vurğulayıb: " Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin etmişdir. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm "Qəbələ"ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilmişdir. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanmışdır. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik”.

Qeyd edək ki, klubun açıqlamasında bildirilir ki, Tale Heydərovun klubdan ayrılması bu il Bakıda açılması planlaşdırılan Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcək:

"Ronaldinyo akademiyası T. Heydərovun Azərbaycan futboluna bağlılığının parçasıdır və "Qəbələ" İK, eləcə də bütün ölkə üçün futbol istedadlarının yeni nəsillərini yetişdirəcək". 
XƏBƏR LENTİ