09:22 şənbə, 16 Dekabr 2017
Maqazin

Tamer Karadağlı: "Həyat yoldaşımla ayrılsaq da, o mənim ən yaxın dostumdur"

13:39, 01.12.20172183
Tamer Karadağlı:
Məşhur türkiyəli aktyor Tamer Karadağlı Bakıya gəlib.
 
AZXEBER.COM-un məlumatına görə, aktyor əməkdar incəsənət xadimi Məlahət Abbasovanın aparıcı və layihə rəhbəri olduğu "Məlahətli söhbətlər" verilişinin çəkilişi üçün paytaxtımıza təşrif buyurub. 

Karadağlı jurnalistlərlə görüşündə əslən azərbaycanlı olduğunu, lakin ölkəmizə ilk dəfə gəldiyini deyib.
 
O Azərbaycanı çox sevdiyini deyib "Burada özümü vətənimdəki kimi hiss etdim. Atam Gəncəlidir. Düzdür işlərlə əlaqədar gəlmək alınmırdı. Məlahət xanım təklif edəndə sevə-sevə qəbul etdim".
 
Tamer Azərbaycan filmlərini izləmədiyini bildirib: "Azəri filmlərini izləməmişəm çünki bilmirəm hansına baxım. Bu işdə sizlər mənə kömək edərsiz. Siz hansını məsləhət görsəz, ona da baxaram"
 
Tamer Karadağlı şəxsi həyatından da danışıb və 11 yaşlı qızına qadağalar qoymadığını qeyd edib. "Qızımın anası ilə ayrılsaq da, atalıq borcumu yerinə yetirirəm. Həyat yoldaşımla ayrılsaq da, o mənim ən yaxın dostumdur. Qızama da heç bir qadağa qoymuram. İkinci dəfə də evlənə bilərəm. Elə şeylər qismətdi. Bir dəfə də qızımla Bakıya istirahətə gələcəm."
  
Məlahət Abbasova türk aktyorla tanışlığından danışıb: "Tamerlə heç bir tanışlığımız yox idi. "Whatsapp"da yazıb özümü təqdim etdim. Daha sonra yazdı ki, buyur. Elə bildim ki, səhvən dostum Tamerə yazmışam. Onun belə səmimiyyətini görəndən sonra söhbətləşdik və dostluğumuz yarandı"
 
Nazim Qasımzadə,
AZXEBER.COM

0
XƏBƏR LENTİ