14:46 Cümə, 20 Iyul 2018
KRİMİNAL

Tanımadığı adamı küçədə söyüşə görə bıçaqladı - 7 il həbs edildi

17:09, 08.05.20182589
Tanımadığı adamı küçədə söyüşə görə bıçaqladı - 7 il həbs edildi

Gecə saat 3-də baş verən mübahisəyə görə tanımadığı adamı bıçaqlayan şəxsə 7 il müddətinə həbs cəzası verildi.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Ruslan Səfərova hökm oxunub.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə R.Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il baş verib. R.Səfərov Xətai rayonunda gecə saat 3 radələrində küçədə bir neçə şəxslə birlikdə səs-küy salıb, ucadan söyüş söydükləri üçün Elvin İsmayılov onlara irad bildirib.

Bu zaman aralarında yaranan mübahisə nəticəsində R.Səfərov E.İsmayılovu bıçaqlayaraq xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Təqsirləndidilən R.Səfərov əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini deyib. Söyləyib ki, hadisə heç nədən başlayan mübahisədən sonra baş verib.

Qeyd edək ki, R.Səfərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.

musavat.com
XƏBƏR LENTİ