17:47 çərşənbə Axşamı, 19 Noyabr 2019
SOSİAL

Tanınmış alim vəfat edib

11:18, 17.08.20193420
Tanınmış alim vəfat edib
Bakı Dövlət Universitetinin professoru, tanınmış alim Pənah Xəlilov vəfat edib.

O, 94 yaşında dünyasını dəyişib.

Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub.

Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" kitablarının müəlliflərindən biridir.

1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Allah rəhmət eləsin!
///Oxu.Az
XƏBƏR LENTİ