Tanınmış araşdırmaçı jurnalistin yeni kitabı çapdan çıxdı - “Mətbuatda multikulturalizm”

14 İyul 2017, 13:19
AAA

Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü ərəfəsində araşdırmaçı jurnalist Niyaz Niftiyevin "Mətbuatda multikulturalizm” kitabı çapdan çıxıb. Son yüz ildə ilk dəfə milli azlıqların mətbuat tarixinin araşdırıldığı kitabda siyasi mədəniyyət, xalqların mediada qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlər, onlarla davranış qaydaları, adət və ənənələrinə münasibətin məcmusu ifadə olunur.  

Əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, erməni, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı rus, ingilis və fransız dillərində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumiləşdirici nəzər salınır. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı vurğulanır. 


Kitabda Azərbaycanın mətbuat tarixinin çağdaş günümüzədək yüksək səviyyədə araşdırıldığı qeyd olunsa da, milli azlıqların və etnik qrupların KİV vasitələri ilə bağlı eyni həqiqətlər söylənilmir. Bildirilir ki, bu günədək mövzunun aktuallığı nəzərə alınmayıb, istər paytaxt, istərsə də multikultural subyektlərin kompakt yaşadığı bölgələrdə nəşr olunan qəzetlərin tarixi, müraciət etdiyi mövzular diqqətdən kənarda qalıb. Azərbaycan mətbuatı tarixində multikulturalizm - milli azlıqların nəşrləri bəzi kiçik istisnalarla daha çox XIX - XX əsr mətbuatımızın tərkib hissəsi kimi öyrənildiyi vurğulanır. Bu nəşrdə mətbuat tariximizdə multikulturalizmə qısa ekskurs olunsa da, daha çox çağdaş Azərbaycan mətbuatında multikultural ənənələr diqqətlə öyrənilir, bu sahəni tənzimləyən beynəlxalq sənədlərdən nümunələr verilir, dünya təcrübəsindən bəzi seçmələr təqdim olunur.


Kitabda, həmçinin, milli azlıqlar haqqında bütün növ KİV-lərdə çap olunan materialların (2008-ci ildən 2017-ci ilin əvvəllərinə kimi olan dövr ərzində 50-dək qəzet, sayt və jurnalın) monitorinqi aparılır. Monitorinq zamanı hansı qəzetin, saytın və ya jurnalın qeyd olunan illərdə neçə dəfə sözügedən mövzuya müraciətləri araşdırılır. Monitorinqə Azərbaycan, rus və ingilis dilli media cəlb olunub.

Qeyd edək ki, kitab "Ön söz”, "Müəllifdən”, "Azərbaycan mətbuatı tarixində multikulturalizm”, "Çağdaş Azərbaycan mətbuatında multikulturalizm”, "Mediada multikulturalizm: Azərbaycanda yaşayan xalqların mətbuatı”, "Beynəlxalq sənədlər və dünya təcrübəsindən bəzi seçmələr”, "Nəticə” və 5 dildə (rus, ingilis, türk, alman, fransız) yazılan "Xülasə”dən ibarətdir. 248 səhifədən ibarət olan əsərin redaktoru Vasif Hüseynovdur.  

Xatırladaq ki, bu əsər Niyaz Niftiyevin multikulturalizm mövzusunda ikinci kitabıdır. Müəllifin bu seriyadan olan ilk kitabı "Azərbaycanda birgəyaşayış və mültikulturalizm” (Bakı, 2015, 407 səh) adlanır.



Oxunma sayı : 116

Loading...
SON XƏBƏRLƏR
Kooperasiya Universiteti yandı, qəbul imtahanı ləğv edildi - Abituriyentlər arasında zəhərlənənlər var - 22 İyul 2017, 14:07
Ağsuda faciə - 2 qardaş suda boğuldu - 22 İyul 2017, 13:58
Arvadını kirvəsi ilə tutdu, sonra... - Ağcabədidəki dəhşətin şok təfərrüatı - 22 İyul 2017, 13:09
Novxanı çimərliyində qadını döydülər - 22 İyul 2017, 13:06
Bakıda 30 yaşlı qadın iki uşağı ilə yoxa çıxdı - 22 İyul 2017, 13:04
Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı - 22 İyul 2017, 12:59
Temperatur enəcək - 22 İyul 2017, 12:56
"Banklar jurnalistlərə kredit verməlidir" - Əflatun Amaşov - 22 İyul 2017, 12:37
Bakıda universitet binası yanır - 22 İyul 2017, 12:30
Cəbhədə gərgin gecə: atəşkəs 132 dəfə pozulub - 22 İyul 2017, 11:58
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşub - 22 İyul 2017, 11:12
Azərbaycanda növbəti qəbul imtahanı keçirilir - 22 İyul 2017, 11:09
Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü - 22 İyul 2017, 10:53
Polis avtomobilin nömrəsinə “seks” yazan sürücünü cəzalandırdı – FOTO - 22 İyul 2017, 10:40
Bakıda ana qızını bıçaqladı - 22 İyul 2017, 10:34
Atamla məni birləşdirən “Söz” - 22 İyul 2017, 00:14
Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq - 21 İyul 2017, 23:33
Atası türk aktrisanı uşaqlıqdan zorlayırmış - 21 İyul 2017, 22:27
Mingəçevirdə sürücü avtomobili manelərə çırpıb və ciddi xəsarət alıb - 21 İyul 2017, 21:29
Azərbaycanda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək - 21 İyul 2017, 20:36
Vüsal Quliyevin sədrliyi ilə Şuranın cari ilin ikinci rübdəki fəaliyyətinə yekun vuruldu - 21 İyul 2017, 19:47
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq uçqunu baş verib - 21 İyul 2017, 19:37
Saleh qız atası oldu - 21 İyul 2017, 18:57
Üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib - 21 İyul 2017, 18:44
Jurnalistlər üçün tikilmiş binada pulsuz internet olacaq - 21 İyul 2017, 17:41
Dövlət Xidmətindən çəyirtkələrlə bağlı xəbərdarlıq - 21 İyul 2017, 17:20
La Liqanın püşkü atıldı - 21 İyul 2017, 16:59
Bakıda daha iki qız itkin düşdü - 21 İyul 2017, 16:27
Bakıda turist qəzaya düşdü: kəllə sümüyü sındı - 21 İyul 2017, 16:10
Bakıda otelin qarşısında atışma - 21 İyul 2017, 15:51
“Gənc Vətəndaş” prezident İlham Əliyevə təşəkkür etdi - 21 İyul 2017, 15:43
“Ərim məni əxlaqsız otellərə aparırdı” - 21 İyul 2017, 15:28
Samira qızı ilə efirə çıxdı- VİDEO - 21 İyul 2017, 14:47
“WhatsApp”-dan super yenilik gəlir - 21 İyul 2017, 14:45
Məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi aparılacaq - 21 İyul 2017, 14:32
Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? - 15-ci tabutun sirri - 21 İyul 2017, 14:24
İlham Əliyev Putinlə görüşəcək - 21 İyul 2017, 14:12
Məhkəmədə general Elçin Quliyevlə zərərçəkmiş arasında mübahisə düşdü - 21 İyul 2017, 14:11
Novxanı çimərliyində iyrənc olay: qadını döydülər - 21 İyul 2017, 13:55
Xətainin heykəlinin yeri dəyişdiriləcək - 21 İyul 2017, 13:39
Sabah 42 dərəcə isti olacaq - 21 İyul 2017, 13:28
Bankın milyonlarını "yeyən" iş adamı həbs edildi - 21 İyul 2017, 13:05
46 yaşlı xalq artistinin açıq-saçıq geyimi -FOTO - 21 İyul 2017, 12:53
Bakıda 17 və 15 yaşlı iki bacı yoxa çıxdı - 21 İyul 2017, 12:36
Abutalıbovun müavininin ölümünün təfərrüatı - Həkim qızı yanında olub... - 21 İyul 2017, 12:22
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10