04:54 Bazar Ertəsi, 17 Dekabr 2018
ÖZƏL

Tanınmış biznesmen Azərbaycanda məşhur siğorta şirkətini aldı

15:30, 21.02.20182757
Tanınmış biznesmen Azərbaycanda məşhur siğorta şirkətini aldı

"AXA MBASK" Sığorta şirkətinin sahibi dəyişir.

 

Azərbaycan sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan QəribliA XA Qrupun Azərbaycandakı törəmə şirkəti olan "AXA MBASK"ın 100% səhmlərini almaq haqqında Qrup ilə razılığa gəlib.


Bu məlumata əsasən, tərəflər arasında ilkin razılaşma artıq imzalanıb. Əməliyyatın tamamlanması isə müvafiq orqanların razılığı alındıqdan sonra heyata keçiriləcək.

 

AZXEBER.COM-un Fins.az-a istinadən verdiyi xəbərə görə, satış prosesi yekunlaşandan sonra sığorta şirkətinin adı dəyişəcək. Belə ki, şirkət Azərbaycan bazarında əvvəlki "MBASK" adı ilə təmsil olunacaq.

 

Qeyd edək ki, E.Qəribli, bu məlumatı təsdiq etməklə yanaşı, Azərbaycanda sığorta bazarının inkişafı üçün uyğun biznes mühitinin olduğunu ve iqtisadi qanunvericilikdə həyata keçirilən reformalar sayəsinde yerli investorlar üçün daha da əlverişli şəraitin yarandığına inandığını qeyd edib ve bu səbəblə yerli sığorta şirkəti olan "AXA MBASK"a investisiya etmək qərarına gəldiyini açıqlayıb.

XƏBƏR LENTİ