05:47 Bazar Ertəsi, 19 Noyabr 2018
SAĞLAMLIQ

Tanınmış dietoloq artıq çəkidən əziyyət çəkənlərlə görüşəcək

13:12, 28.10.201811141
Tanınmış dietoloq artıq çəkidən əziyyət çəkənlərlə görüşəcək
Ölkəmizdə çox insan artıq kilodan, piylənmədən əziyyət çəkir.O da təsadüfi deyil ki,tanınmış həkim-dietoloq Leyla Zülfüqarlı piylənmə ilə mübarizədə dəfələrlə sosial əhəmiyyətli layihələrə imza atıb. 

AZXEBER.COM xəbər verir ki, ölkədə ilk dəfə sağlam qidalanmaya xodmət edən  "Sağlam bəslən-arıqla” və "Köklüyün sirri-arıqlığın  açarı” diet kitabları çap etdirib.

Kitabların müəllifi Leyla Zülfüqarlı yazdığı məqalələrdə, çalışdığı Tibb Universiteti Tədris-Cərrahiyə apardığı  təbliğatlar və sosial şəbəkədə dietoloq_leyla_zulfuqarli instaqram səhifəsində etdiyi çağırışlarda cəmiyyətdə insanlar aradsında piylənmənin əsas səbəbi olan- çörək mövzusuna toxunub.
Leyla Zülfüqarlının konsepsiyasına görə biz xalq olaraq çörək yeməməklə deyil, hətda düzgün yeməklə də arıqlaya-formada qala bilərik.

Məhz buna görə, bu günlərdə Leyla Zülfüqarlı növbəti sosial əhəmiyyətli "Sağlam çörək ye”adlı tədbir keçiriləcək.

Qapalı keçiriləcək tədbir, oktyabr ayının –28i, saat 15:00-da Alman keyfiyyətli "Brot Haus "çörək mərkəzində keçiriləcək..
XƏBƏR LENTİ