04:27 çərşənbə, 21 Noyabr 2018
MARAQLI

Tanınmış dietoloq Murad Arifin köklük səbəbini açıqladı: "Şəkərin bir addımlığında idi"

13:09, 12.09.20183565
Tanınmış dietoloq Murad Arifin köklük səbəbini açıqladı:

Tanınmış dietoloq Leyla Zülfüqarova AZXEBER.COM-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Leyla xanım, tanınmış müğənni Murad Arif sizin vasitənizlə arıqlayıb. Onun köklük səbəbi nə idi?

-Muradın köklük səbəbi hiperinsulinemiya - şəkərə gedən 2-ci yol idi. Buna görə də bu xəstəliyi olan şəxslər idmana getsələr də, uzun müddət dietaya etsələr də, çəki problemləri olduğu kimi qalır. Belə desək o şəkər xəstəliyinin bir addımlığında idi və köklükdən əziyyət çəkirdi. Mənə müraciət edəndə də bu xəstəlikdən əziyyət çəkirdi.


- Bəs bu zaman nə etmək lazımdır?

-İlk öncə bu hiperinsulinemiyanı müalicə edib daha sonra xüsusi hazırlanmış dieta ilə arıqlamağa başlamaq lazımdır. Bu məsələdə mütləq dietoloqla məsləhətləşmək lazımdır, onun qan qrupu öyrənməli və buna uyğun resept yazılmalıdır.


-Bu xəstəliyin əlamətləri nədir?

- Yuxusuzluq, tez yorulma, yuxudan doymamaq, halsızlıq. Bu tip insanların bir işi sonuna qədər görməyə gücləri çatmır, onların baş ağrısı olur.

- Səhv müalicə olunarsa fəsadı nə ola bilər?

- Səhv müalicə nəticəsində hiperinsulinemiya miqdarı qanda artmağa başlayır. Biz buna görə də müalicə etdiyimiz pasientlərimizdən ildə bir dəfə analiz verib, qanda olan insulinin miqdarına nəzarət etmələrini istəyirik.

- Bəzi insanlar az yemək yesələr də, arıqlaya bilmirlər. Bunun səbəbi nədir?

- Elə insanlar çoxdur. Mənə deyirlər ki, yemək yemirəm ancaq kökəlirəm.Bunun birinci səbəbi də hiper-insuliniadır.

- Bu xəstəlik ancaq kilolu insanlarda olur?

- Xeyir, bu o demək deyil ki yalnız kök adamlar hiper-insuliniadan əziyyət çəkir. Elə adam var ki, 70 kq-dır və 4-5 kq artıq çəkisi var, ancaq buna baxmayaraq hiper-insuliniadan əziyyət çəkir.

- Bu hansı insanlarda yaranır?

-İrsi koklükdən əziyyət çəkən insanlarda bu cür fəsadlar ortaya çıxır. Eyni zamanda gün ərzində yemək yeməyə vaxtı olmayan və yedikdə də ən çox kalorisi olan yeməklər yeyən admarda bu hallar olur. Bununla yanaşı gün ərzində ac qalib, şirniyyat görən kimi çayla xeyli şirniyyat yemək də düzgü deyil.

- Elə insanlar var ki, çörək yemədən doymurlar. Bu da xəstəlikdir?

-Bəli, bəzi insanlar deyir ki, mən çörək yemədən doymuram. Bu artıq hiper-insulinianın əlamətidir. Belə olan halda mütləq həkimə müraciət etmək lazımdır.


 

XƏBƏR LENTİ