Tanınmış iş adamı ilə “Bank Standard”ın sədrinin milyonluq cinayətləri üzə çıxdı - RƏSMİ

26 İyul 2017, 15:06
AAA
Təsisçisi olduğu şirkətin və öz adından bankdan aldığı külli miqdarda kredit vəsaitini həmin bankın İdarə Heyətinin sədri ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
 
AZXEBER.COM xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış "Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında "Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə "Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.
 
Bundan başqa, E.Quliyev S.Krimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı bir girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuş və həmin məbləği S.Krimanla öz aralarında bölüb.
 
E.Quliyevin qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxunma sayı : 351

Loading...
SON XƏBƏRLƏR
Xəzərdə bir nəfər batdı - Axtarış aparılır - 16 Avqust 2017, 17:36
Ali məktəblərə qəbul planının neçə faizi dolub? - RƏSMİ AÇIQLAMA - 16 Avqust 2017, 17:31
Əfran İsmayılov: "Sosial şəbəkələrdə məni söyənlərə demək istəyirəm ki ..." - 16 Avqust 2017, 17:22
Dolların sabaha olan məzənnəsi - 16 Avqust 2017, 17:11
Masallıda ana və iki azyaşlı övladı yandı - 16 Avqust 2017, 17:04
Əfran üçün…Mahirləri qorxuzmayın! - 16 Avqust 2017, 16:51
DSX-nın bir qrup hərbi qulluqçusu təltif edildi - SİYAHI - 16 Avqust 2017, 16:47
İmişli DSMF-nin əməkdaşı II qrup əlildən rüşvət istədi - Audio - 16 Avqust 2017, 16:34
Prokurordan Akif Çovdarova 15 il həbs tələbi - 16 Avqust 2017, 16:34
Astan Şahverdiyevə "şərəfsiz" deyən keçmiş deputat onun müdafiəsinə qalxdı - 16 Avqust 2017, 16:32
Prezident “Azərsu”ya 4 milyon manat ayırdı - 16 Avqust 2017, 16:20
Məktəbli qızı zorlayan sinif yoldaşlarından biri məmur oğludur - 16 Avqust 2017, 16:00
Niyam Salami bunu ilk dəfə etdi - VİDEO - 16 Avqust 2017, 15:43
Bulvarda qadın hər kəsin gözü önündə intihar etdi - FOTOLAR - 16 Avqust 2017, 15:30
Bakıda kişi sevdiyi qadını qısqandığına görə həbs etdirdi - 16 Avqust 2017, 15:08
Bakı bulvarındakı "Günəşli" restoranında müştərilərə yeni tələ: ( FOTOFAKT) - 16 Avqust 2017, 15:06
Azərbaycanlı şair bu şeirinə görə təhqir olundu: Aysel, ayaqların nə yaxşı ki, var - 16 Avqust 2017, 15:03
Naz çılpaq fotosunu paylaşıb, namusdan danışdı - FOTOLAR - 16 Avqust 2017, 14:57
NIKOIL | Bank vakansiya elan edir - 16 Avqust 2017, 14:53
Ermənilər Kəlbəcərdə nəhəng zavodun tikintisinə başladı - 16 Avqust 2017, 14:41
Nazir Yavər Camalovun qardaşı məhkəmədə ifadə verdi - Aldadıldığını iddia edir - 16 Avqust 2017, 14:34
Ermənilər Kəlbəcərdə nəhəng zavod tikir - VİDEO - 16 Avqust 2017, 14:34
"Bu hadisə Azərbaycan gəncləri üçün də əlamətdardır" - Seymur Orucov - 16 Avqust 2017, 14:33
“Milli Ön”dən 385 manat oğurlandı - 16 Avqust 2017, 14:30
Bakıda toyda qız gülü tutarkən evlilik təklifi aldı - VİDEO - 16 Avqust 2017, 14:26
Vergilər Nazirliyi “Turan”ın ofisində axtarışa başladı - 16 Avqust 2017, 14:14
MTRŞ efirdə danışığını bilməyən aparıcıların adını açıqladı - SİYAHI - 16 Avqust 2017, 14:10
"Faytonçu" Nazim xərçəng xəstəsidir? - ÖZÜ AÇIQLADI - 16 Avqust 2017, 14:06
“Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” - Ağacan Abıyev - 16 Avqust 2017, 13:50
“Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” - Şəhid anası - 16 Avqust 2017, 13:48
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası - FOTOLAR - 16 Avqust 2017, 13:15
Ana doğduğu uşağını kolluğa atıb qaçdı -Qız olduğuna görə - 16 Avqust 2017, 13:11
Mahir Mədətov tanınmış prodüserin oğlu imiş - FOTOLAR - 16 Avqust 2017, 12:48
Startaplarımız 10000 avro qazanmaq üçün mübarizəyə qoşulacaq - 16 Avqust 2017, 12:47
Sabahın hava proqnozu açıqlandı: yağış yağacaq - 16 Avqust 2017, 12:42
Gədəbəydə 14 yaşlı uşağı bıçaqlayıb öldürdülər - 16 Avqust 2017, 12:25
Bələdiyyə sədrinin öldürülən oğlunun gələn ay toyu olacaqmış... - FOTOLAR - 16 Avqust 2017, 12:04
Ramiz Əzizbəyli Türkiyəyə aparıldı: İki ay vaxtımız var - 16 Avqust 2017, 11:57
Xəzərdə zəlzələ olub - 16 Avqust 2017, 11:52
"Qarabağ" bu futbolçu üçün 2 milyon təklif edir - 16 Avqust 2017, 11:39
"Qarabağ"ın oyunu ilə bağlı ən məzəli paylaşımlar - FOTO - 16 Avqust 2017, 11:21
Şəmkirdə kütləvi dava: bıçaqlananlar var - 16 Avqust 2017, 11:00
Bakının bu rayonunda qaz olmayacaq - 16 Avqust 2017, 10:48
Qazax sakini qardaşının arvadını çəkiclə döydü - 16 Avqust 2017, 10:30
Lənkəranda dəhşətli qəza – 2 ölü, 5 yaralı - 16 Avqust 2017, 10:18
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10