15:36 Bazar Ertəsi, 17 Dekabr 2018
DÜNYA

Tanınmış iş adamının oğlu fahişəni döyüb öldürdü

23:27, 18.09.20186152
Tanınmış iş adamının oğlu fahişəni döyüb öldürdü
Tanınmış iş adamının oğlu ilə bağlı cinayət işi açılıb.

Rusiyada nüfuzlu iş adamının 32 yaşlı oğlu Andrey Demenkov əxlaqsız qadını döyüb, öldürməkdə günahlandırılır.

"Mavi Saqqal" ləqəbi ilə tanınan Andrey 21 yaşlı fahişə Olqa Kudrovanı küt alətlə döyərək öldürüb. O, daha sonra Olqanı hamamdakı vannaya salıb.

Polisin verdiyi məlumata görə, porno filmlərə də çəkilən 1 uşaq anası olan Olqa "Qazprom"un keçmiş məsul işçisi olan Demenkovla görüşməzdən əvvəl rəfiqələrinə "sevdiyim kişi ilə görüşə gedirəm" deyib.

İddialara görə Demenkov iyul ayında başqa 4 qadını da qaçıraraq döyüb. Onlardan bəzilərinin barmaqlarını qırıb.

Demenkovun atası Valeri Demenkov əvvəllər polis işləyib. Hazırda biznesmen kimi fəaliyyət göstərən Valeri oğlundan xəbər almadığına görə onun evinə getdikdə hamamda suyun içində huşsuz vəziyyətdə uzanan Olqanı görüb. O, təcili tibbi yardım çağırsa da, həkimlər Olqanın həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Olqa bir neçə ay əvvəl ana olmuşdu.
XƏBƏR LENTİ