12:24 şənbə, 24 Fevral 2018
MƏDƏNİYYƏT

Tanınmış ziyalılar Cəfər Cabbarlının qızına baş çəkdilər

13:50, 23.10.2017559
Tanınmış ziyalılar Cəfər Cabbarlının qızına baş çəkdilər
"Cabir Novruz" Mədəniyyət Fondunun Prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov başda olmaqla fondun üzvləri, dahi dramaturqumuz Cəfər Cabbarlının evində qızı Gülarə xanım Cabbarlıya baş çəkiblər.
 
AZXEBER.COM xəbər verir ki, fondun prezidenti Cavanşir Qurbanov bu yaxınlarda dillər əzbəri olmuş "Ana" şeirinə bəstələnmiş mahnının klip versiyasına "Beynəlxalq Mətbuat Mərkəzi"ində keçirilən tədbirdə baxdığını və ağbirçək anamız Gülarə xanıma həsr olunduğunu bildirdi.
 
Xalq artisti, dünyaşöhrətli xanəndə Alim Qasımovun "Ana" mahnısını möhtəşəm ifasından bəhs etdi. Tədbirdə "Cabir Novruz" Mədəniyyət Fondunun fəxri prezidenti, millət vəkili Hacı Salayev, vitse-prezidentlər Məhərrəm Abdulov və Şahin Əliyev, professor Abbasqulu Nəcəfzadə, əməkdar jurnalist Qafar Əsgərzadə, Mədəniyyət və Turizim nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov, Yazıçılar Birliyinin üzvü Müşfiq Cabiroğlu və başqaları çıxış edərək öz arzularını və xoş niyyətlərini Gülarə xanıma çatdırıblar.
 
Tarda Məhərrəm, kamançada Abbaqulu Nəcəfzadə qardaşlarının müşaiəti ilə gənc və istedadlı xanəndə Mirələm Mirələmov sözləri və musiqisi Cəfər Cabbarlıya məxsus olan mahnıları yüksək ustalıqla ifa edib. Gülarə Cabbarlı belə bir təşəbbüsə görə "Cabir Novruz" Mədəniyyət Fondunun rəhbərliyinə və üzvlərinə dərin minnətdarlığını və təşəkkürünü bildirərək deyib ki, "Bu görüş mənim həyatımda ən yaddaqalan görüşlərdən biridir. Bu tədbir mənə yaşamaq eşqi bəxş etdi. Atamla bağlı xatirələrimi yenidən yaşadım, onunla bağlı olan xatirələr yadıma düşd. Mənə, xatirələrimi yaşatdınız ..."
 
 

 

 

0
XƏBƏR LENTİ