11:20 Cümə, 19 Oktyabr 2018
KÖŞƏ

Tanrının məntiqli zamanı...

00:47, 16.06.20151873
Tanrının məntiqli zamanı...

Nigar İsmayılqızı

Bəzən insan elə xoşbəxt olur ki, lap göylərdə uçmaq istəyir. İki gün idi içimdə sevinc, rahatlıq hiss edirdim. Bir səhər yol gedirdim. Bu sevincin səbəbi haqqında bir balaca düşündüm. Marağlıdır görən iki gün öncə gecə nə baş vermişdi?

-Xatırladım.

-Tapdım...

-Yuxu!

Yuxu görmüşdüm. Onunla yuxuda görüşmüşdük!...

Bizim həyatımız, bizim xoşbəxt illərimiz.

Biz xoşbəxtliyi kəşf etmişdik, biz xoşbəxtliyin yolunu bilirdik. Və biz onunla bu yolu sevərək gedirdik.

-Həqiqət.

-Və bu günün həqiqətini anlamaq yuxu qədər dərin və maraqlı idi.

-Anladım.

Xoşbəxtliyin səbəbi onu yuxuda görməyim idi.

Ağ, dörkünc pəncərə rəngli, nazik tül pərdə ilə örtülmüşdü. Bu mənzərənin fondunda gözlərində həyat arxivi olan, yaşlı bir insan mənə deyirdi: Sən niyə burdasan?

-Sən hələ də onu niyə düşünürsən?!

-Kimi düşünürəm?

- Nə danışırsan?

-Düşündündüyüm adam kimdir?

Mən onu səndən də yaxşı tanıyıram. Heç kimə heç nəyə fikir vermədən bala yoluna davam elə... Çətin günlərdə sənə məsləhət verməkdən xoşum gəlir. Bunu unutma... Qəribədir. Həmişə olduğu kimi bir masa arxasında oturub söhbət etdik.

O getdi. Gedə-gedə bunu bir daha təkar etdi: Yoluna davam elə... O davam elə dedikcə, Alman yazarı Patrik Züskindin “Kontrabas”pyesi əsasında səhnələşdirilən mono tamaşa yaddıma düşdü. Tamaşa Bakıda keçirilən festival çərçivəsində

Gənc Tamaşaçılar Teatrının kiçik zalında təqdim olundu.Tamaşanı əməkdar artist Şövqü Hüseynov canlandırırdı. Dolu bədənli, ortaboy, böyük, canlı, diri, obrazlı siması olan aktyor tamaşanı hiss edərək tamaşaçını duyğulandırırdı.

-Balaca teatr salonu.

-Qaranlıq.

-Səhnə.

-Əşyalar.

Səhnənin mərkəzində aktyor görünür.

Opera oxuyan qadına aşıq olan oğlan sevgilisini xəyal edirdi! Kontrabasçı səssizcə sevdiyi qadının səsinin dinləyiridi.

Səhnədə mövcud olan böyük kontrabas sükütə qərq olmuşdu. Amma bu sükutda

Qaranlıq zalda operaçı qadının səsi əks-səda verirdi...

Sevgilisinin ayaqqablarına diqqətlə baxır. Və ayaqqabıları qucaqlayaraq bağrına basır. Bu dinamik bəzən isə dramatik kadrlar mono tamaşanı daha canlı edirdi. Qaynar kadrlar həyatı sevməyə çağırış edirdi. Sonsuz, səsli və səssiz çağırış...

Dəli dolu hərəkətlər, aktyorun sevgilisi üçün yerdə uzanıb inildəməsi insanın diqqətini çəkirdi. Tamaşaçının ona baxmasına bəzən məcbur bəzən isə məhkum edirdi...

Sevgi qarşısında insan öz monoloqu ilə baş-başa qalırdı. Bunu aktyor incəliklə edə bilirdi. İllər keçib “Kontorabas” tamaşası hələ də yaddaş kartımda mövcuddur.

-Yaddaş kartım.

-Xəyalımda var olan xoşbəxt kəpənəklər...

Nədənsə taledə məni zamansız itirdiyim sevdiyim insanlarla yuxuda görüşməyə məhkum etmişdi. Mənim üçün məntiqsiz olan zaman Tanrı üçün məntiqli zaman idi.

Əslində yuxularla yaşamağı sevmirəm. Amma bu yuxunun öz enerjisi var idi. İki gün idi ki, xoşbəxtlik gəmisində yol gedirdim.

-Səs.

-O...

-Mən.

-Yol.

-Biletlər.

-Hava limanı.

-Bala yoluna davam elə...

“Kontrabas” tamaşasında bir cümlə yaddaşımda izib qoyub getdi: İnanırsınız ki, hər hansısa bir qadın məni sevə bilər?!...

-Ata...

-Sevgi!

-Ata sevgisini hər hansısa bir sevgi ilə müqayisə etmək mümkünsüzdür...

-Çox incə sevgidir, lap incə...26.05.2015 ( saat: 02.19)

XƏBƏR LENTİ