00:57 çərşənbə Axşamı, 28 Yanvar 2020
SOSİAL

Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı

10:36, 23.08.20191653
Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı
Ötən gün Bakıda "Taxta bazarı" kimi tanınan ərazidə baş vermiş yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda hadisə ilə əlaqədar xəstəxanalara müraciət yoxdur.

Qeyd edək ki, avqustun 22-də "Baksol" yolu yaxınlığında tikinti materialları bazarında yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Tikinti materialları bazarındakı yanğın nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ