05:29 Cümə Axşamı, 20 Sentyabr 2018
DÜNYA

Tbilisidə etiraz aksiyası dayandırılıb - 3 nəfər saxlanıldı

11:05, 13.05.20186973
Tbilisidə etiraz aksiyası dayandırılıb - 3 nəfər saxlanıldı
Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, polis tərəfindən aksiya iştirakçılarının qurduğu çadırlar sökülüb.

Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Səhər saatlarında ictimai asayişi pozan 3 aksiya iştirakçısı saxlanılıb.  Etirazların təşkilatçılarından olan "Ağ səs-küy" hərəkatının lideri Beka Tsikarişvili aksiyanın bu gün saat 15:00-da bərpa olunacağını bildirib. Hərəkat lideri qeyd edib ki, aksiyanın tələbi dəyişməz olaraq qalır. Etirazçılar gecə klublarında 8 nəfərin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatla bağlı baş nazir Giorgi Kvirikaşvilidən mövqeyini açıqlamasını tələb edirlər.
XƏBƏR LENTİ