23:46 Bazar Ertəsi, 24 Iyun 2019
DÜNYA

Tehran səmasında uçuşlar qadağan olundu - SƏBƏB

17:55, 04.06.20198979
Tehran səmasında uçuşlar qadağan olundu - SƏBƏB
İranın Tehran vilayətinin aeroportları bu gün 5 saat fəaliyyətini dayandıracaq.

 

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının İctimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib.

R.Cəfərzadənin sözlərinə görə, Tehran səmasında 30 mil məsafədən istənilən yüksəkliklərdə bütün uçuşlar qadağandır.

Şöbə müdiri deyib ki, İran İslam Respublikasının banisi Ayətulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək tədbirə görə Tehran vilayətinin aeroportlarında uçuşlar yerli vaxtla saat 16:00-dan 21:00-dək ləğv edilib.

R.Cəfərzadə bunun bütün yerli və xarici şirkətlərə elan olunduğunu bildirib.

 

Təşkilat rəsmisi deyib ki, fövqəladə uçuşlar üçün Pəyam aeroportu nəzərdə tutulub.

Qeyd edək ki, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni 1989-cu ilin 4 iyununda vəfat edib.



XƏBƏR LENTİ