Təhsil şöbəsinin müdirinin oğlu məktəbin maşınıyla adam vurub öldürdü - Bərdədə şok

14 Sentyabr 2017, 13:59
AAA
Təhsil naziri Mikayıl Cabbarov özünü reformist kimi təqdim edir. Nazir təhsil sektorunda islahatların memarı rolunda çıxış etməkdədir. Amma bu islahatçı nazirin kadrları köhnə təfəkkür, qaydalar və bazar şərtləri ilə fəaliyyətdədirlər. Onlardan biri Bərdə rayon Təhsil Şöbəsi müdiri Rzaqulu Şərifovdur ki, bu sahədə nazirin üzqarasıdır.
 
Media üzərindən apardığımız araşdırma, yerli sakinlərin söylədiklərindən hasil olan nəticə ondan ibarətdir ki, Bərdə təhsili uçuruma sürüklənir. Lakin islahatçı adı çıxarmış nazir R.Şərifovun yerinə gənc, xarici təhsili olan bir perspektivli kadr təyin etmir ki, reformist obrazı qismən həqiqi görünsün.
 
Axı bazarkom üsul-idarəçiliyi ilə Bərdə təhsilini altını üstünə çevirən şöbə müdiri ilə işləmək M.Cabbarovun nəyinə lazımdır?!
 
Eyni zamanda prezidentin islahatların yeni konsepsiyası olan "Yol xəritəsi”ndə nəzərdə tutulan müddəalar təhsil sektorunda çox ciddi reformaları şərtləndirir. Dövlət başçısı müasir, texniki bilikləri olan, zamanla ayaqlaşan kadrların qabağa çəkilməsinin tərəfdarıdır. Lakin M.Cabbarov sosial şəbəkələrin, texnologiyanın, müasir təhsil metodlarının inkişaf etdiyi bir dövrdə R.Şərifovla işləməyə üstünlük verir. Bu da gənc nazirin fəlakətli idarəçilik prinsipi…
Bəs faktlar nədən danışır? – diqqət edək!!!
 
I Bərdə təhsil şöbəsi məktəbləri xəracyığma məntəqələrinə çevirib.
 
II Şagirdlərdən təmir pulu, süpürgə pulu, müəllimlərin maaşından fond pulu ənənəvidir.
 
III Bərdədəki 80 orta məktəbdə işləyən 5 min müəllimin hər ay maaşından tutulan 10 manat böyük korrupsiya piramidasından xəbər verir.
 
IV R.Şərifovun oğlu harınlamış məmur övladları kimi davranaraq məktəbə məxsus 09 AA 089 dövlət nömrə nişanlı avtomobillə qəza törədir.
 
Təhsil şöbəsinə rəhbərlik edən oliqarxlaşmış məmurun 5-ci əməli haqda təfsilatı ilə yazmağa keçməzdən əvvəl qeyd etmək yerinə düşər ki, R.Şərifov prezidentin tapşırıqlarını qulaqardı edir. Onun oğlu xidməti maşınla törətdiyi qəza ilə "Qaçqınkom” sədrinin nəvəsi Nail Allahverdiyevdən, Səbail icra hakiminin oğlundan, digər vəzifəlilərin qudurğanlıq edən "Qalendvagen”li balalarından geri qalmayıb.
 
Bir müddət əvvəl Bərdə Rayon Təhsil Şöbəsinin müdirinin oğlu idarə etdiyi avtomobillə bir nəfəri vuraraq, onun ölməsinə səbəb olub. Lakin bu hadisənin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, nə onunla bağlı hər hansı bir tədbir görüblər, nə də həbs ediblər.
 
Bu olaydan sonra Bərdə Rayon Təhsil Şöbəsinin müdiri az qala hər yerdə arxasında yüksək çinli məmurun dayandığını və buna görə də heç kimin ona gücünün çata bilməyəcəyini bəyan edir.
 
Ölkə başçısı müşavirələrdə sərt şəkildə xəbərdarlıq edib ki, hansı məmur balası harınlıq eləsə, cəzalandırılacaq. Necə ki, məlum hadisələr zamanı vəzifəli şəxslərin övladları həbs olundu, cəzalandırıldı.
 
R.Şərifov isə Bərdə təhsilini məhv etmək azmış kimi, oğluna rayonda özbaşınalıq etməyə şərait yaradıb. Bu da ciddi şəkildə narazılığa səbəb olub.
 
Lakin şöbə müdiri övladının bu əməlini gizlətməyə, ört-basdır etməyə, xərc töküb işi bağlamağa nail olub.
 
Amma özünə sual verməyib ki, xidməti maşını uşağına niyə verib və onun harınlıq etməsi kimlərin həyatı bahasına başa gələ bilir.
 
Birinci sinif şagirdləri qış mövsümünə məktəb otaqlarını isitmək üçün dərs çantalarında kitab yox, odun və ya neft gətirirlər. Hər ay jurnal pulu, təmir pulu, təhsil şöbəsindən gələn inspektorları yola salmaq üçün şagirdlərdən pul yığılır.
 
Məktəb direktorları büdcədən təhsilə ayrılan 60 min manat təsərrüfat xərci ayrılsa da, onu həzm rabedən keçiriblər.
 
Mediada yayılmış məlumatlarda vurğulanır ki, təhsil şöbəsinin müdiri nazirlikdən gələn qonaqları qarşıladığını və onların «qulluğunda» dayandığı zaman 40 min manat xərcə düşdüyünü dilinə gətirib.
 
Vurğulanır ki, Rzaqulu Şərifov bütün məktəb direktorlarını başına yığaraq, həmin 40 min manatı cibindən verdiyini deyil. Üstəlik, bu pulun ona qaytarılmasını tələb edib.
 
Bəzi iddialara görə, həqiqətən də Təhsil Nazirliyinin işçiləri Bərdədə yoxlama apararkən xeyli sayda qanunsuzluqlar aşkarlayıblar. Təhsil şöbəsinin müdiri də bu işləri ört-basdır etmək üçün qonaqlara sözügedən məbləğdə rüşvət verməli olub. Amma bir başqa məlumatlarda isə iddia olunur ki, nazirlik işçilərinə pul vermə məsələsi müzakirə predmeti deyil və bu oyun Rzaqulu Şərifovun öz «əməliyyatların»dan biridir.
 
Bərdə rayonunun əsasən kənd məktəblərində dərsə davamiyyət çox aşağı səviyyədədir. Yuxarı siniflərin bəzi şagirdləri var ki, məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapıb və sonda bir sıra yollarla attestata sahiblənirlər.
 
Ümumiyyətlə, rayonda fəaliyyət göstərən əksər təhsil ocaqlarında çalışan gənc müəllimlərin bir qismi özəl təhsil müəssisələrinin məzunlarıdırlar.
 
Bundan başqa, bu gün rayonda yerləşən orta məktəb müəllimlərinin bir çoxu öz ixtisası üzrə deyil, digər bir fənn üzrə dərs keçirlər.
 
Bunun da acı nəticəsi olaraq orta məktəbi bitirmiş şagirdlərin böyük bir qismi ali məktəbə daxil ola, imtahanlarda uğurlu nəticə göstərə bilmirlər. Bu isə özlüyündə Bərdə təhsilinin hansı vəziyyətdə olmasından xəbər verir.
 
Bu iddia və ittihamlarla bağlı R.Şərifovun mövqeyini işıqlandırmağa hazırıq. (Anaxeber.az)

Oxunma sayı : 5265

SON XƏBƏRLƏR
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Elza tənqid olunduğu müsabiqədən getdi - 25 Sentyabr 2017, 09:38
Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO - 25 Sentyabr 2017, 09:26
Zaqatalada meşə yanğını söndürülüb - 25 Sentyabr 2017, 09:13
Neft ucuzlaşıb - 25 Sentyabr 2017, 09:02
Türkiyədə silkələndi - 24 Sentyabr 2017, 21:33
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir - 24 Sentyabr 2017, 13:08
Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - 24 Sentyabr 2017, 13:06
" Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır" - DTX rəisi - 24 Sentyabr 2017, 12:58
Prezident Neftçala rayonunda - 24 Sentyabr 2017, 12:49
Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı - 24 Sentyabr 2017, 12:35
Tovuzda iki avtomobil toqquşdu - Yaralılar var - 24 Sentyabr 2017, 12:31
Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı - 10 il həbs tələb olunur - 24 Sentyabr 2017, 12:01
Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı - 24 Sentyabr 2017, 11:29
Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar - 24 Sentyabr 2017, 11:17
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı - 24 Sentyabr 2017, 10:41
Bakıda restoranda dava - 24 Sentyabr 2017, 10:26
44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə - 24 Sentyabr 2017, 10:13
Bakıda məşhur restoranda ölüm - 24 Sentyabr 2017, 10:09
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı - 24 Sentyabr 2017, 10:04
Cəbhədə gecə təxribatı: rayonlarımız atəşə tutuldu - 24 Sentyabr 2017, 09:56
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Metronun 28 May stansiyasının qarşısında ölüm hadisəsi – FOTO - 23 Sentyabr 2017, 13:46
Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO - 23 Sentyabr 2017, 13:35
“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq - 23 Sentyabr 2017, 13:05
Azərbaycanda hərbçini tüfənglə vurub su quyusuna atdılar - 23 Sentyabr 2017, 12:50
Şimşək çaxacaq, yağış yağacaq - 23 Sentyabr 2017, 12:47
Azərbaycana payız gəlib - 23 Sentyabr 2017, 11:36
Tovuzda doğuş zamanı körpə öldü - 23 Sentyabr 2017, 11:02
Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb - 23 Sentyabr 2017, 11:00
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10