08:30 Bazar Ertəsi, 24 Sentyabr 2018
SOSİAL

Televiziyalara buraxılmayan KVN-çilərdən qeyri-adi addım: “Biz də onları konsertə buraxmayacağıq”

16:32, 28.02.201737027
Televiziyalara buraxılmayan KVN-çilərdən qeyri-adi addım: “Biz də onları konsertə buraxmayacağıq”

 

Əməkdar artistlərTahirvəCabir İmanovqardaşlarının rəhbərlik etdiyi "Planeta parni iz Baku"teatrı yeni tamaşaya hazırlaşır.

Bəhram Bağırzadə, aktyorlar Emil Abbasov və Azər Məmmədzadə çıxış edəcəyi konsert bu dəfə digərlərindən fərqlənəcək. Belə ki, "TV-yə giriş qadağandır" adı ilə keçiriləcək konsertə heç bir televiziya əməkdaşı buraxılmayacaq.

Konsertlə bağlı AZXEBER.COM-un sualını cavabsız qoyan teatrın rəhbəri Tahir İmanov konsertdə bütün suallara aydınlıq gətiriləcəyini söyləyib:

"Bir az səbirli olub gözləyək. Konsertdə bütün suallara cavab veriləcək. Televiziyalara giriş qadağan olacaq”.

T.İmanov sayt və qəzet jurnalistlərinin iştirakında heç bir problem olmayacağını söyləyib.

Qeyd edək ki, bir müddət öncə o müsahibələrinin birində televiziyaların onlara qadağa qoyduğunu açıqlamışdı:

"Bu gün Azərbaycanın televiziya məkanında 3 istiqamətdə qadağa qoyulub. Ermənilərə, terroristlərə və bizə... Qoy, telekanallarımız camaatın başını savadsız maqazin verilişləri, səviyyəsiz teleseriallarla qatsınlar. Mən özümə diqqət istəyirəm. Mən sənət adamıyam. Efir sənət adamının, sənətkarın oksigenidir. Mən çox şey istəmirəm. Heç olmasa ilin 365 günündən bizə də, gün sərf etsinlər. Mən sizi inandırım ki, sabah ölkə başçısı bizim konsertimizə gəlsə, dərhal göstərəcəklər. -Deyəsən, televiziya rəhbərləri unudublar ki, biz bütün mövzulara ölkə başçısının tənqidlərindən sonra toxunuruq. Sadəcə, prezidentin irad bildirdiyi məsələləri biz satira və yumorun dili ilə səhnələşdiririk”.

 

 

 

XƏBƏR LENTİ