15:07 Cümə Axşamı, 18 Oktyabr 2018
SOSİAL

Təqaüdə çıxa bilməyən kişi özünü parkda yandırdı - Bakıda dəhşət

12:17, 11.10.20185866
Təqaüdə çıxa bilməyən kişi özünü parkda yandırdı - Bakıda dəhşət
Bakı sakini özünü yandırıb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviç rayon ərazisində yerləşən parkların birində üzərinə neft tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o dərhal xəsatəxanaya aparılıb.

A. Kononov təqüadə çıxa bilməməsinə etiraz edərək özünü yandırıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
///Open.az
XƏBƏR LENTİ