03:22 Bazar Ertəsi, 18 Dekabr 2017
DÜNYA

Tərəfdarları Saakaşvilini azad etdilər

16:28, 05.12.2017274
Tərəfdarları Saakaşvilini azad etdilər
Bu gün Kiyevdə saxlanılan Mixeil Saakaşvilinin tərəfdarları mikroavtobusun arxa qapısını qıraraq siyasətçini azad ediblər.
 
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Öz növbəsində, M.Saakaşvili onu əhatəyə alaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarından qoruyan tərəfdarlarını Maydana toplaşmağa və dinc etirazı davam etdirməyə çağırıb.

Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıblar.

M.Saakaşviliyə qarşı hakimiyyət çevrilişinə cəhd ittihamı irəli sürülüb.
0
XƏBƏR LENTİ