03:43 çərşənbə Axşamı, 19 Noyabr 2019
DÜNYA

Terrorçuların qoyub qaçdığı 280 min dollarlıq ABŞ texnikası: Türk əsgərləri ələ keçirdilər - Fotolar

15:56, 13.10.201925591
Terrorçuların qoyub qaçdığı 280 min dollarlıq ABŞ texnikası: Türk əsgərləri ələ keçirdilər - Fotolar
Türkiyənin Suriyada həyata keçirdiyi "Barış bulağı" adlı antiterror əməliyyatı nəticəsində 500-ə yaxın terrorçu məhv edilib.
Türk əsgərinin hər gün daha da irəliləməsindən qorxuya düşən YPG terror qruplaşmasına mənsub olan terrorçular ABŞ-dan aldıqları silah və hərbi maşınları qoyaraq bölgədən qaçmağa başlayıblar.

Suriya Milli Ordusunun da qatıldığı antiterror əməliyyatlarının həyata keçirildiyi Rəsulayn bölgəsində YPG yandaşlarına ABŞ-ın verdiyi çoxlu sayda silah-sursat və hərbi texnika ələ keçirilib. Bu hərbi texnikaların arasında təqribi qiyməti 250 min ABŞ dolları dəyərində olan zirehli "Humvee" markalı hərbi maşınlar da var.

 

ABŞ-ın "Humvee" və ya "HMMWV" markalı zirehli avtomobillərin hansı özəllikləri var?

"M998" Yüksək Hərəkət Qabiliyyətli Çoxfunksiyalı Hərbi Texnika ("M998 High Mobility Multiputpose Wheeled Vehicle") hərbi istifadə üçün istehsal edilən 4X4 sinfində "AM General" firması tərəfindən təkmilləşdirilmiş zirehli avtomobildir. Bu avtomobil əvəllər ABŞ ordusunda olan və elə bu ölkədə də istehsal edilən "M151 MUTT", "M561 Gama Goat", "M718A1 və M792" model xilasedicilər ("CUCV"), sonradan digər ölkə və ordular tərəfindən istiadə edilən zirehli avtomobilləri əvəz edir. Qeyd edək ki, minik avtomobilləri olan "Hummer" və "SUV"un ilham qaynağı da elə "Humvee" hərbi avtomobilləridir.

 


ABŞ ordusunda ən azı 17 fərqli "HMMWV" dizaynında olan hərbi maşın var. Bu avtomobillər karqo - piyadaların daşınması, avtomatik silah platforması və xilasedici sahə ( içində 4 ədəd xərək və ya 8 ədəd oturacaq var), "M220 TOW" daşıyan, "M119" markalı tank dartan, "MRQ-12" markalı birbaşa hava dəstəyi texnikası, "S250" sığınacaq daşıyıcı kimi istifadə edilir. Texnika 76 sm, ya da baca aparatı ilə birlikdə 1.5 metrəyə qədər dərinlikdə olan sudan keçə bilir.

 


Bu hərbi avtomobilin ağırlığı bütün təchizatları ilə birlikdə ümumilikdə 2700 kilodan çoxdur. "M1025" və "M1043/M1044" dizaynlı zirehli "Humvee"lər "MK19" bombardmançı, "M2 "Browing", "M240G/B" və "M249" pulemyotları ilə təchiz edilib.

Yeni istehsal edilən "M1114" təkmilləşmiş zirehli "HMMWV" modeli də bu saydığımız silahlar ilə təchiz edilib. Bəzi "M1114" və "M1116" təkmilləşdirilmiş zirehli müdafiə avtomobilləri əlavə olaraq operatorun silahı avtomobilin daxilindən idarə etməsini həyata keçirən "CROWS" sisremi ilə təchiz edilib.

Təkmilləşdirilmiş "HMMWV" zirehli döyüş avtomobilinin maya dəyəri 280 min ABŞ dollarıdır. (Musavat.com)
XƏBƏR LENTİ