14:08 şənbə, 18 Yanvar 2020
DÜNYA

Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olundu

09:59, 09.01.20203721
Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olundu
MAU aviaşirkətinin  "Boeing 737-800” təyyarəsinin Tehranda qəzaya uğraması ilə əlaqədar Ukraynada yanvarın 9-u matəm elan olunub.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Beynəlxalq Hava Yollarının sərnişin təyyarəsinin yanvarın 8-də Tehranda qəzaya uğraması ilə əlaqədar olaraq 2020-ci ilin 9 yanvar tarixini matəm günü elan etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Fərman Nazirlər Kabineti üzvləri ilə görüşdən sonra imzalanıb. 

Xatırladaq ki, Ukrayna aviaşirkətinin Tehrandan Kiyevə uçan və göyərtəsində 177 nəfər olan "Boeing 737-800” təyyarəsi uçuşdan iki dəqiqə sonra qəzaya uğrayıb. Ukrayna Xarici İşlər Nazirliyi "Boeing”in göyərtəsində olanların hamısının öldüyünü təsdiqləyib. Ölənlərin siyahısı daha sonra açıqlanıb.
 
\oxu.az
XƏBƏR LENTİ