xari

“The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi

SAĞLAMLIQ
19:37 25.02.2021
266
"Lap əvvəldən COVID-19 pandemiyası beynəlxalq səhiyyə sistemindəki boşluqları və zəif cəhətləri ortaya çıxararaq bütün dünya üçün əsl sınaq oldu, pandemiyanın bəzi məqamları siyasiləşdirildi və bəzi ölkələr millətçi proqramlarını beynəlxalq cəmiyyətin kollektiv sağlamlığından üstün tutdular. Pandemiyanın gətirdiyi kədərli tendensiyalar arasında ən son və ən aktual olanı isə "peyvənd millətçiliyi” adlandırılan şeydir”.

Bu fikirlər "The London Post” qəzetində dərc olunan məqalədə yer alıb.

Nəşr yazır ki, peyvəndlərin qlobal paylanması nə ədalətli, nə də bərabər olub, hətta inkişaf etmiş ölkələri aşı paylanması mövzusunda öz aralarında mübarizə aparıblar.

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasəti” beynəlxalq vebinarı zamanı Argentinadakı Çağdaş Yaxın Şərq Araşdırmaları Mərkəzinin (CEMOC) prezidenti Paulo Botta Latın Amerikasında peyvəndlərə məhdud təklif, maliyyə və siyasi məhdudiyyətlər barədə danışıb. Onun sözlərinə görə, COVID-19-dan ölüm hallarının çox olmasına baxmayaraq, Latın Amerikası peyvənd tətbiqinin hələ başlanğıc mərhələsindədir.

Eyni tədbir zamanı Salvadordaki Beynəlxalq Münasibətlər Araşdırmaları Mərkəzinin (CEERES) icraçı direktoru Sezar Edqardo Martines Flores "İctimai səhiyyə və təməl xidmətlər sahəsində cəmiyyət olaraq uğursuz olduq: COVID ilə millətçiliyin yenidən bərpa olunduğunun şahidinə çevrildik” deyib. Vaksin millətçiliyinin əməkdaşlığa zərərli təsirindən danışan Flores ölkələrin kimin peyvəndi birinci hazırlayacağı ilə bağlı öz aralarında yarışmasının böhranı daha da artırdığını söyləyib.

Qəzetin qeyd etdiyi kimi, peyvəndləmə proqramında beynəlxalq əməkdaşlıq gücləndirilməzsə, virus sirkulyasya etməyə, mutasiyaya uğramağa davam edəcək, daha çox qaçınılmaz ölümlərə səbəb olacaq və qlobal iqtisadi artımı azaldacaq. Bunu nəzərə alaraq, ədalətli peyvənd paylama təşəbbüsünə qoşulmaq və "Hamı təhlükəsizlikdə olmayınca heç kim təhlükəsizlikdə deyil” şüarını izləmək daha az xərc tutumludur.
 
////Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:58 15.04.2021

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı

08:41 15.04.2021

İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub

23:53 14.04.2021

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

23:38 14.04.2021

Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

23:24 14.04.2021

Əkrəm İmamoğlu: “Hazırda evimdə hər kəs koronavirusdur” - VİDEO

23:14 14.04.2021

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat edib

23:06 14.04.2021

"Münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir"

22:47 14.04.2021

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

22:36 14.04.2021

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

22:29 14.04.2021

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

22:28 14.04.2021

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

22:27 14.04.2021

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama

22:25 14.04.2021

"Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar"

22:24 14.04.2021

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi

22:13 14.04.2021

Prezident: "Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb"

22:12 14.04.2021

"Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər"