16:09 Bazar Ertəsi, 24 Sentyabr 2018
KRİMİNAL

Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO

12:42, 24.10.20171023
Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO
Tbilisi ətrafında keçirilən xüsusi əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham edilən Azərbaycan vətəndaşını saxlayıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report" Gürcüstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 1986-cı il təvəllüdlü B.M.-ni ölümlə hədələyərək ondan 2 min ABŞ dolları tələb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri zərərçəkən zəruri miqdarda pulu onlara verməzdən əvvəl saxlayıb.

Nazirlik həmçinin özünü böyük oğru ailəsinin oğlu, gəncəli "Malış krıtnıy" kimi tənqid edən Azərbaycandan olan şübhəli şəxsin zərərçəkənə özünü təqdim etdiyi anın göründüyü əməliyyat videoçəkilşi də yayımlayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, onu Gürcüstana "oğrular" göndərib və pulları ona vermək lazımdır.

Bu gün təqsirləndirilənlərə rəsmi şəkildə ittiham irəli sürüləcək.

Bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilənlər 4 ildən 7 ilə qədər həbs cəzasına məhkum ola bilərlər.

XƏBƏR LENTİ