xari

"Toppuş bacı" xərçəng xəstəliyindən sağaldı

MAQAZİN
19:30 06.12.2020
3151

Əməkdar artist Tünzalə Əliyeva xərşəng xəstəliyindən sağalıb. 

AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, o bu haqda sosial şəbəkədə yazıb. "Toppuş bacı" ləqəbli aktrisa bildirib ki, analizlərinin cavabı yaxşı olub və xərçəng xəstəliyinə qalib gəlib:

"Mənə gözəl sözlər, dualar yazırdınız. Dualarınız qəbul oldu, iki gün əvvəl aldığım analiz cavablarına görə törəmə və metastaz yoxdur. Bu, o deməkdir ki, mən xərçəngdən xilas oldum. Mənə təmənnasız qayğı göstərdiklərinə görə Milli Onkologiya Mərkəzinə təşəkkür edirəm. Məni sağlam ailəmə qaytardılar".

OXŞAR XƏBƏRLƏR