19:04 Bazar Ertəsi, 19 Avqust 2019
Maqazin

Toppuş bacıya qadağa qoyuldu - FOTO

10:24, 16.11.20122962
Toppuş bacıya qadağa qoyuldu - FOTO
Bir müddət əvvəl cəkisini azaltmaq məqsədi ilə plastik əməliyyat keçirən aktrisa həkimin tövsiyəsinə əməl etməyib. Bu isə fəsada yol açıb. Hətta onun tikişinın söküldüyü də deyilir. Bu səbəbdən həkimi onun səhnə hərəkətinə müvəqqəti qadağa qoyub. Səhhəti ilə bağlı açıqlama verən Toppuş bacı xəbəri təsdiqlədi:“Yalnız tikişin açılması xəbəri yanlışdır. Çünki əməliyyatın yeri dəmirlə elə bərkidilib ki, həkimin müdaxiləsi olmadan açıla bilməz. Əməliyyatdan sonra həkim 6 ay korsetdə gəzməyimi bildirmişdi. Amma mən 1 aydan sonra açıb atdım kənara. Son vaxtlar hiss etdim ki, qarnıma su yığılır. Həkimin nəzarətində oldum və tədbirlər görüldü. Artıq korseti taxmağa davam edirəm”.Səhnə qadağasına gəlincə,Tünzalə xanım, həqiqətən də, ötən həftə cəkilişlərdə iştirak etmədiyini bildirdi. O, “Burda və indi”, eləcə də serialların çəkilişlərinin həftə sonundan başlayaraq davam edəcəyini sözünə əlavə etdi.
//milli.az
XƏBƏR LENTİ