03:25 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Tovuzda zəncirvarı qəza baş verib

13:45, 11.10.20131492
Tovuzda zəncirvarı qəza baş verib

Tovuz rayonunda biri avtobus olmaqla 3 avtomobilin iştirakı ilə yol qəzası olub.

 Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində baş verib.

Məlumata görə, Qazax rayonu istiqamətində hərəkətdə olan Tovuz rayon sakini, 17 yaşlı Murad Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil, Gürcüstan respublikasının vətəndaşı, 47 yaşlı Mehrab Yusubovun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu və polis əməkdaşı Vahid Bayramovun idarə etdiyi “Fiat” markalı maşın toqquşub. Qəza zamanı “VAZ 2107”-nin sürücüsü M. Quliyev xəsarət alaraq Tovuz Mərkəzi Rayon  Xəstəxanasına yerləşdirilib. Tovuz rayon Polis Şöbəsində qəzanın baş vermə səbəbləri araşdırılır.(APA)

XƏBƏR LENTİ