19:16 çərşənbə, 19 Iyun 2019
Maqazin

“Toy olsun”un aparıcısı Ulviranın əri, bıçaqlanandan sonra ilk dəfə danışdı

10:44, 12.01.20128431
“Toy olsun”un aparıcısı Ulviranın əri, bıçaqlanandan sonra ilk dəfə danışdı

Tərlan Mustafayevin sözlərinə görə, ona bir bıçaq zərbəsi vurublar, o da onun bağırsağına girib: “Onlar məni təklədilər. 3-4 nəfər idilər”

AZXEBER.COM-un məlumatına görə, ANS TV-də yayımlanan “Toy olsun” verilişinin tanınmış aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı, Tərlan Dağlı kimi tanınan meyxanaçı Tərlan Mustafayev bıçaqlanması ilə bağlı ANS-ə eksklüziv müsahibə verib. Daha doğrusu, Tərlan Mustafayev hadisənin necə baş verməsini xatırlayıb. Xatırladaq ki, hadisə ötən axşam Yasamal rayonu ərazisində baş verib. Naməlum şəxs və ya şəxslər 1991-ci il təvəllüdlü Mustafayev Tərlan Ağa oğlunu bıçaqlayıb. Yaralı yaxında olan şəxslərin köməkliyi ilə 1 saylı Klinik Şəhər Xəstəxanasına çatdırılıb. Dərhal onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və hazırda vəziyyəti stabildir. Tərlan Mustafayevin sözlərinə görə, ona bir bıçaq zərbəsi vurublar, o da onun bağırsağına girib: “Onlar məni təklədilər. 3-4 nəfər idilər” Tərlan Mustafayev kimin qəzəbinə tuş gəlməsindən xəbərsizdir: “Hadisədir, hər bir insanın başına gələ bilər. Getdiyim yerdə vurdular. Kimin vurduğunu da bilmirəm, onları tanımıram”. Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci - qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ