09:14 çərşənbə Axşamı, 23 Oktyabr 2018
DÜNYA

Toy yasa döndü: Gəlin özünü xınayaxdı gecəsi güllələdi

10:35, 24.09.20186546
Toy yasa döndü: Gəlin özünü xınayaxdı gecəsi güllələdi
Türkiyənin Adıyaman bölgəsində gəlin xınayaxdı gecəsi özünü öldürüb.

Oyratlı kəndində Hülya Y. adlı gənc qız xınayaxdı mərasimi zamanı atasına məxsus tapançanı götürərək başqa otağa keçib. Burada bir qədər gözləyən qız çənəsinin altından atəş açıb. O, ağır vəziyyətdə Adıyaman Uiversitetinin xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Nişanlı qızın xınayaxdı mərasimi günü özünü hansı səbbədən öldürməsi hələlik məlum deyil.

İntihar hadisəsi ilə bağlı araşdırma aparılır. /publika.az 
XƏBƏR LENTİ