18:57 çərşənbə, 20 Iyun 2018
ÖZƏL

Toya gedən oğlanı qaçırıb, videoya çəkib zorla qızla evləndirdilər - VİDEO

18:09, 08.01.20182265
Toya gedən oğlanı qaçırıb, videoya çəkib zorla qızla evləndirdilər - VİDEO

Toya gedən Vinod Kumar adlı gənc oğlan mərasimdən qaçırılaraq tanımadığı qızla evləndirilib.

 

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın Bihar əyalətində baş verib. Toy mərasiminə gedən 26 yaşlı Vinod Kumar tanımadığı adamlar tərəfindən qaçırılıb. Onu qaçıran adamlar məcburi şəkildə Vinodu tanımadığı qadınla evləndiriblər.

 

Nikah mərasimi videoya çəkilərək "Youtube” da yerləşdirilib. Videoda Vinod onu zorla evləndirənlərə yalvararaq buraxmaqlarını xahiş edib.

 

Vinod bir müddət sonra saxlanıldığı yerdən qaça bilib. O, polisə müraciət edərək həyatı üçün təhlükə olduğunu bildirib.

 

Polisdən verilən məlumatda bildirilir ki, bu Buhar əyalətində baş verən ilk hadisə deyil. Daha öncə də əyalətdə buna oxşar hadisələr baş verib.

 

Leyla Rəhimli

 


 

XƏBƏR LENTİ