18:08 Bazar Ertəsi, 24 Iyun 2019
İDMAN

“Trabzonspor”un futbolçusu seçim qarşısında - Azərbaycan, yoxsa Türkiyə?

13:28, 21.05.20192947
“Trabzonspor”un futbolçusu seçim qarşısında - Azərbaycan, yoxsa Türkiyə?
"Trabzonspor" klubunun futbolçusu Murat Cem Akpınar Türkiyə və Azərbaycanın əsas milliləri arasında seçim edəcəyini açıqlayıb.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, bu barədə 20 yaşlı yarımmüdafəçi Türkiyə mətbuatına açıqlamasında deyib:

"Azərbaycan milli komandasının aşağı yaş qruplarında oynamışam. Təklif gələcəyi təqdirdə, Türkiyə yığmasında da oynaya bilərəm. Hələ bir seçim etməmişəm".

Murat Cem Akpınar 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib. O, yığmada keçirdiyi 13 oyunda 2 qola imza atıb.
XƏBƏR LENTİ