16:23 çərşənbə, 25 Aprel 2018
SİYASƏT

Tramp: “Putin ilə yola gəldik”

23:59, 12.07.2017603
Tramp: “Putin ilə yola gəldik”
ABŞ prezidenti Donald Tramp Hamburqda G-20 sammitindəki görüşü zamanı rusiyalı həmkarı Vladimir Putin ilə yola gəldiyini bəyan edib.
 
AZXEBER.COM-un məlumatına görə, D.Tramp bu barədə CBN telekanalına müsahibəsində bildirib.
 
"Düşünürəm ki, biz çox yaxşı yola gəldik və bu çox əhəmiyyətlidir. Bəzi insanlar deyir ki, bu belə olmamalı idi. Mən fərqli düşünürəm. Biz böyük nüvə dövlətləriyik. Hamı Hamburqda söhbətimizin uzun müddət çəkməsindən təəccüblənmişdi”, deyə D.Tramp vurğulayıb.
 
Onun sözlərinə görə, Rusiya ilə dialoq mühümdür: "Dialoq olmayan yerdə problem yaranır. Bizə dialoq lazımdır. Misal üçün, Suriyada müşahidə olunan irəliləyişdə Rusiya ilə qarşılıqlı əlaqələr əhəmiyyətli olub”.
 
apa.az
0
XƏBƏR LENTİ