21:57 şənbə, 24 Fevral 2018
Maqazin

Tünzalə Ağayeva: "Aygün Kazımova ilə küsülü deyilik"

13:55, 11.07.2017348
Tünzalə Ağayeva:
Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Tünzalə Ağayeva arasında inciklik olduğu haqda xəbərlər yayılıb.
 
AZXEBER.COM məsələ ilə əməkdar artist Tünzalə Ağayeva ilə əlaqə saxlayıb.
 
O küsülü olduqlarını inkar edib: "Deyilənlər yalandır. Aygün xanım səhnəyə çıxan zaman mən kənarda müsahibə verirdim. Hər birimizin başı işinə qarışmışdı. Aramızda incilik yoxdur.”
 
Qeyd edək ki, hər iki müğənni 106.3 FM–in ad günündə bir araya gəlib, ancaq salamlaşmayıb. Bu səbəbdən də bəzi mətbuat orqanlarında müğənnilərin küsülü olduğu yazılıb.
 
Nazim Qasımzadə
0
XƏBƏR LENTİ