09:40 Cümə, 22 Iyun 2018
MEDİA

Tural Ozan: "Əminəm ki, bu kanal 2018-ci ilə "Lider" olaraq qədəm qoyacaq" - MÜSAHİBƏ

17:39, 30.10.20171342
Tural Ozan:
Tanınmış teleaparıcı Tural Ozal yenidən efirə qayıdıb. O AZXEBER.COM-a müsahibəsində bu və digər məsələlərə toxunub.  

- Tural, uzun müddət idi ki, televiziyada yox idiz.
- Bəli, təxminən 1 il yarımdı TV-dən uzaqlaşmışdım, amma buna baxmayaraq bildiyiniz kimi müəllifi olduğum beynəlxalq layihələrim var və onları icra edirdim. TV-de aparıcılıq etməsəm də bu aləmdən uzaq deyildim. Bu müddət ərzində bəzi televiziyalardan və prodakşınlardan çoxlu təkliflər aldım, amma yenə də əvvəlki söhbətlər, 90 ciillərin ideyaları, formatları, bayağılıq və s. tərkibli olduğu üçün razılaşmırdım. Düşünürdüm ki, nə vaxt qeyri-adi dünya səviyyəli bir layihə həyata keçirilər, o zaman qayıdaram. Düzü düşündüyümü həyata keçirə bilmədim çünki belə möhtəşəm layihələr üçün güclü sponsorlar olmalıdır, indiki dövrdə bu mümkün deyil ve yekunda qərara aldim ki, hardansa başlamaq lazımdı. 
 
- Necə oldu ki, yenidən televiziya aləminə qayıtdız? Nəyə görə məhz Lider TV-ni seçdiz?
- Azərbaycan TV tamaşaçı kütləsi çox da böyük deyil. Yəni hal hazırda televiziyalara baxmayan və xarici kanallara baxan kütləni nəzərə alsaq bizim payımıza müəyyən bir hissə qalır. Bu kütləni ələ almaq üçün Azerbaycanda kanal faktoru önəmli deyil. Əgər sən baxımlı və keyfiyyətli iş hazırlayırsansa tamaşaçı səni izləyəcək. Lider Tv usağlığımızın ən möhtəşəm layihələrinin kanalı olub. İndiki dövrün və keçmiş zaman ən möhtəşəm layihələri startını məhz Liderdən götürüb və ən nəhayət kanal rəhbərliyi gərək adama şərait yaratsın ki, layihəni ərsəyə gətirməm mümkün olsun. Lider TV rəhbərliyindən bu dəstəyi gördüm və əminəm ki, bu kanal 2018-ci ilə Lider olaraq qədəm qoyacaq.

- Yeni verilişiniz haqda məlumat verərdiz...

- Verlişimiz səyahət, gəzmək , göstərmək, istirahət etmək və ən əsası Pul xərcləməkdən ibarətdir. Amma bütün bunlar az xərclə mümkün olmalıdır. Yəni biz bu gün tamaşaçılarımıza ölkəmizdə, bölgələrimizdə, hətta xarici ölkələrdə belə az xərclə necə istirahət etmək olar necə gəzmək olar necə qidalanmaq olar bunları göstəririk. Nəzərə alsaq ki, indi bütün dünya ekonom büdcə iqtisadiyyatı ilə tənzimlənir, fikrimcə insanlara ən faydalı bilgini biz vərəcəyik.

 

- Tamaşaçılara nə demək istərdiz?

- Tamaşaçılar hər zaman layihələrimi izləyiblər, bu müddət ərzində çoxlu məktublar alırdım, efirə qayıtmağım barədə suallar alırdım, qismət bugünə imiş. Bizi izləsinlər.
XƏBƏR LENTİ