16:02 şənbə, 15 Dekabr 2018
SOSİAL

Tural Sadıqlı: "Məhəmməd deyir ki, evdə arvadım da mənə şərəfsiz deyir" - VİDEO

13:07, 30.11.20186017
Tural Sadıqlı:
Avropada yaşayan siyasi mühacirlər Tural Sadıqlı isə Məhəmməd Mirzəlinin pul davası daha da böyüyüb.
 
AZXEBER.COM xəbər verir ki, qalmaqal haqda video paylaşan Sadıqlı keçmiş dostunu kəskin tənqid edib.
 
O bildirib ki, Məhəmməd satqın və ikiüzlü insandır: "Məhəmməd deyir ki, guya onun bacısının ərini həbs ediblər. Ancaq bununla bağlı heç bir sənəd, məhkəmə qərarını paylaşmır, üzə çıxarmır. Bu necə ola bilər? Və mənə mesaj yazıb ki, qoy yeznəm həbsdən çıxsın, sonra davam edərik. Bu adamın məqsədi siyasi oturum almaq idi deyə bir ara fəallaşmışdı, Avropada oturumu aldı, sonra sakitləşdi. Daha sonra ailəsini bura gətirmək üçün höküməti söydü və anasını bura gətirdi. İndi də deyir ki, qoy bir az sakit dayanım, yeznəm həbsdən çıxsın".
 
Tural Sadıqlı daha sonra Məhəmməd Mirzəlini savadsız və cahil adam adlandırıb: "Bu adamın danışığından da bilinir ki, heç bir savadı, dünyagörüşü yoxdur. Yalnız söyüş söyməklə nəyəsə nail olmaq istəyirdi, hamı da bizi qınayırdı ki, niyə bu adama efir verirsiz. Biz sadəcə onu dəstək olmaq istədik, o da belə etdi".
 
Sadıqlı canlı yayımda Mirzəlinin videogörüntüsünü də göstərib və deyib ki, həyat yoldaşı da ona şərəfsiz deyir: "Mən sadəcə olaraq sizə bir videonu göstərəcəm və özünüz hər şeyi başa düşəcəksiz. Məhəmməd canlı yayımda deyir: şərəfsiz sözü söyüş deyil, evdə həyat yoldaşım da mənə şərəfsiz deyir".
 
Tural Sadıqlının bəhs etdiyi həmin görüntüləri təqdim edirik: 

XƏBƏR LENTİ