15:24 şənbə, 20 Yanvar 2018
İQTİSADİYYAT

Turistlər üçün ən bahalı şəhərlərin SİYAHISI

01:34, 07.11.2017512
Turistlər üçün ən bahalı şəhərlərin SİYAHISI
Sinqapur turistlər üçün ən bahalı şəhər seçilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Sinqapur artıq dördüncü dəfədir ki, ardıcıl bu titulu qazanan meqapolis olub.

Britaniyanın "Economist Intelligence Unit" (EIU) jurnalının dərc etdiyi məlumata görə, burada avtomobil almaq kimi, paltar almaq da bahalı olsa da, ev üçün bəzi məhsulların, eləcə də gigiyena məhsullarının qiymətləri dünyanın bəzi meqapolislərindəki qiymətlərlə müqayisədə ucuzdur.

Jurnalın dərc etdiyi siyahıya əsasən ikinci yeri Honkonq tutub. Onun ardınca siyahıda Sürix, Tokio və Osaka gəlir.
0
XƏBƏR LENTİ