16:22 şənbə, 15 Dekabr 2018
GƏNCLİK

Türk Dünyası qadınları Bakıda toplaşır

22:38, 27.11.20185114
Türk Dünyası qadınları Bakıda toplaşır
İstanbulda təsis olunan Türk Dünyası Qadın Platformu(TÜRKAP)növbəti görüşünü Azərbaycanda keçirəcək.

 
AZXEBER.COM xəbər verir ki, Türkiyədə və Özbəkisktanda olan görüşlərdən sonra növbəti dayanacaq Azərbaycandır. Görüşlər ayın 29-u, 30u olacaq. Ayın 28-i qonaqlar artıq Bakıda olacaq.  Türk dilində danışan ölkələrin qadınlarının indiyəqədər olmayan unikal bir ideya ətrafında birləşdirməyi hədəf götürən bu proyektdə önəmli müzakirələr olacaq. Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə, Türk PA-nın baş katibi Altınbek Mamayusupov ilə  və bir sıra önəmli görüşlər gözlənilir.

Noyabr ayının 30-u mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında maraqlı detallar paylaşılacaq.

Əlavə məlumat almaq istəyənlər [email protected] ünvanına yaza bilərlər.


 
XƏBƏR LENTİ