23:49 Bazar Ertəsi, 24 Sentyabr 2018
İDMAN

Türk futbolçu Bakıda faciəvi şəkildə öldü

14:50, 27.03.20186174
Türk futbolçu Bakıda faciəvi şəkildə öldü
"Bakı" futbol komandasının keçmiş qapıçısı Mustafa Kamal Söyləməz faciəvi şəkildə vəfat edib.

AZXEBER.COM xəbər verir ki, 32 yaşlı seyver Bakının Yasamal rayonunda kirayədə qaldığı mənzildə dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı olan türk otaqda qaz sobasının sönməsi nəticəsində boğularaq ölüb. Qeyd edək ki, futbolçu hadisə vaxtı evdə tək olub.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən Söyləməz Mustafa Kamalın meyiti basdırılmaq üçün Türkiyə Respublikasına göndəriləcək.

XƏBƏR LENTİ